“Uber”, “Bolt” hava limanına buraxılmayacaq? - YENİ QƏRAR (AÇIQLAMALAR, VİDEO) - Yenilənib

img

09-09-2025 [16:50]


Taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri və onların sürücüləri üçün qanunvericilikdə müvafiq tələblər müəyyən edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, taksi operatorları ilə qurulmuş səmərəli əməkdaşlıq nəticəsində bu tələblərin tam şəkildə tətbiq olunması istiqamətində məqsədyönlü işlər davam etdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər artıq müsbət nəticəsini göstərməkdədir: "Bu çərçivədə Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində sərnişinlərə nümunəvi xidmətin təmin olunması məqsədilə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl edilməsinin vacibliyi bütün taksi operatorlarının diqqətinə bir daha çatdırılıb. Qeyd olunan taksi şirkətləri məsuliyyətlərini qəbul edərək AYNA ilə birgə bu istiqamətdə əlavə tədbirlərin icrasına başlayıb"(report)

***

Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulduğu iddia olunur.

Mia.az xəbər verir ki, bu barədə iddia sosial şəbəkələrdə yayılıb.

Xəbərdarlığın “Uber”, “Bolt” və tətbiqlə sifariş qəbul edən digər sürücülərə göndərildiyi bildirilir. Qeyd edilib ki, bu gündən hava limanı istiqamətinə taksi sifarişi mümkün olsa da, hava limanından şəhər istiqamətinə qəbul edilməyəcək. Məlumatda o da əlavə edilib ki, şirkət tərəfindən də sifarişlər olmayacaq. 

“Xəzərxəbər” sorğu apardığı zaman bəzi taksi sürücüləri bildirib ki, bu xəbəri eşidəndən hava limanından sifariş götürmürlər. Onlar hesab edirlər ki, belə qərarın qəbuluna səbəb hava limanındakı “London taksi”lərinə üstünlüyün verilməsi ola bilər.

Bəzi taksi sürücüləri isə bildirdilər ki, hava limanından sifarişlərə məhdudiyyətlə bağlı onlara məlumat verilməyib.

Məsələ ilə bağlı “Bolt” və “Uber” daşıyıcı şirkətləri ilə əlaqə saxlanılıb.

“Bolt”dan bildirilib ki, həftə ərzində rəsmi məlumatlarını ictimaiyyətə təqdim edəcəklər.

“Uber”dən isə hələlik bu məsələ ilə bağlı şərh verə bilməyəcəkləri açıqlanıb.

Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanından isə bildirilib ki, hazırda aeroportda sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansı məhdudiyyət tətbiq olunmur: “Görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə ictimaiyyət rəsmi şəkildə məlumatlandırılacaq”.

Daha ətraflı süjetdə:

   

 


Digər xəbərlər
SON XƏBƏRLƏR