Bakıda evdən oğurluq edən qadın saxlanılıb

img

09-09-2025 [11:57]


Bakının Nərimanov rayonunda evdən oğurluq edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, zərərçəkən şəxs yaşadığı mənzildən 9500 manatın naməlum şəraitdə talanması barədə polisə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı G.Xəziyeva müəyyən olunaraq saxlanılıb.

Daha bir oğurluq hadisəsi isə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən qazanxanaların birindən 500 manat dəyərində əlvan metal qurğuları oğurlamaqda şübhəli bilinən 29 yaşlı R.Nəsibli, 25 yaşlı İ.Əhmədov, həmyaşıdı Y.Ağayev və 20 yaşlı A.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR