Bakıda istirahət mərkəzi yanıb

img

08-09-2025 [09:32]


Bakının Bibiheybət qəsəbəsində yerləşən istirahət mərkəzi yanıb.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 500 m² olan obyektin yanar konstruksiyaları 350 m² sahədə yanıb.

Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq