Mahmud Abbas: "İsrail Fələstini tamamilə yox etmək istəyir"

img

02-09-2025 [08:06]


"İsrail Qəzzanı haradasa yox etdikdən sonra növbə Fələstinı çatacaq. Onlar Fələstini də tamamilə yox etmək istəyir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Fələstin prezidenti Mahmud Abbas Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İsrail Fələstin və fələstinliləri tam məhv etməkdə israrçıdır: "İsrail Fələstinə aid heç bir şeyi görmək istəmir və buna görə də 2023-cü ilin oktyabrın 7-dən sonra planladıqları kimi, Qəzzanı demək olar ki, tamamilə məhv ediblər. İndi növbə digər bölgələrin, daha dəqiqi, Fələstindir. Təəssüf ki, artıq beynəlxalq ictimaiyyət icra olunmayan qərarlar verməyə öyrəşib. Birləşmiş Millətlər Təşkilatında minlərlə qətnamə qəbul edilib, lakin heç biri də yerinə yetirilməyib. Fələstindəki vəziyyət indi təkcə Qəzzada deyil, İordan çayının qərb sahilində də tam bir fəlakətə çevrilib".

O, daha sonra İsrailin Qəzzadakı əməliyyatlarını "soyqırım" adlandırıb: "Bu işin başında Netanyahu durur. O, yol verdiyi korrupsiyadan həbsə atılmamaq üçün baş nazir postunda daha çox qalmaq istəyir. Bunun üçün də ona müharibə gərəkdir. Dediyim kimi, Baş nazir olmasaydı, indi bəlkə də həbsdə olacaqdı. O, cəzadan yayınmaq üçün postunda qalmaqda israr edir...".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR