Prezident "ŞƏT plyus" formatındakı görüşə qatılıb - İlham Əliyev çıxış edib (FOTOLAR, Yenilənib)
01-09-2025 [15:56]
Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüş keçirilib.
MİA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Çin Xalq Respublikasının Sədri Si Cinpin.
Hörmətli nümayəndə heyətlərinin rəhbərləri, xanımlar və cənablar.
İlk növbədə, ŞƏT Sammitinə dəvətə, səmimi qəbula və tədbirin yüksək səviyyədə təşkilinə görə Sədr Si Cinpinə səmimi minnətdarlığımı bildirirəm.
Dost Çin dövlətini ŞƏT-də uğurlu sədrliyi münasibətilə təbrik edir, qarşıya qoyulan məsələlərin həyata keçirilməsində uğurlar arzulayıram.
Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.
Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq.
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir.
Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.
Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq.
Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.
Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir.
Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.
Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.
Sonda hörmətli Sədr Si Cinpinə dəvətə görə bir daha təşəkkürümü bildirir, Sammit iştirakçılarına səmərəli iş arzulayıram.
X X X
Qeyd edək ki, "ŞƏT plyus" formatında keçirilən görüşə 20-dən ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarının iştirakçısı olub.
Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə: Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.
ŞƏT-in məqsədi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni fəaliyyətin inkişafıdır. Təşkilata üzv dövlətlərin başçılarının görüşləri 2002-ci ildən hər il keçirilir.
***
Bu gün Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüş öz işinə başlayıb.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirə qatılıb.
O, tədbirdə geniş çıxış edib.
***
Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır.
Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.
"Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk", - deyə dövlət başçısı əlavə edib.
Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir.
***
Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib.
Mia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən iclasda çıxışı zamanı deyib: "Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq".
Kamran Əliyevlə İnam Kərimov Türkiyədə - FOTO
Təhsilin idarəedilməsində əsas problemlər və çıxış yolları... - Yeni dərs ili ərəfəsində düşüncələr
Şahin Şıxlinskinin yerinə seçki olub
Bir partiyaya 0, digərinə 583, o birinə 3 min manat... - Partiyalar dövlətdən nə qədər pul alırlar?
Sabiq nazir “Ərdoğandan sonra kimi dəstəkləyəksiniz" sualına belə cavab verdi: "O, olmasa..."
"Beşiktaş" oyunçusunu icarəyə verdiyini açıqlayıb
Qurban Qurbanov oğlunun toyuna hazırlaşır
Mehriban Əliyeva Çində dövlət və hökumət başçılarının xanımları ilə birlikdə - FOTOLAR
Canluici Donnaruma "Mançester Siti"yə keçib - 39 milyon avroya
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Qaziantep FK" yarımmüdafiəçi ilə rəsmi müqavilə imzaladı
"Nyukasl Yunayted" Nik Voltemeydi transfer edib
"Hatayspor" oyunçusu ilə bağlı məlumat yayıb
"Beşiktaş" Vatslav Çernini transfer edir
"Bayer Leverkuzen" Erik ten Haq ilə yollarını ayırıb
"Bu, Pekinin Cənubi Qafqaz regionunda təsir imkanlarını genişləndirmək strategiyasıdır" - TƏHLİL
ONLARA 4 MİN MANAT MƏVACİB VERİLƏCƏK - Siyahı
Prezident "ŞƏT plyus" formatındakı görüşə qatılıb - İlham Əliyev çıxış edib (FOTOLAR, Yenilənib)
"Bu, bizim səlahiyyətimizdə olmayan məsələdir" - PFL-dən "Karvan-Yevlax"la bağlı açıqlama
Bakıda məhkəmə: Levon Mnatsakanyanın ifadələri elan olunub
Şükran Çiftçi "İlin Master Şefi" seçildi - VİDEO
Zaqatalada qadın zorla qaçırılıb
ŞƏT-ə sədrlik Qırğızıstana keçib, yeni sənədlər imzalanıb - Gələn il bu ölkədə növbəti sammit keçiriləcək
ƏKİN SAHƏLƏRİ ÜZRƏ SUBSİDİYALAR: məbləğlər açıqlandı - CƏDVƏL
Dərslər bir həftə sonra başlayacaq? - Nazirlik iddiaları təkzib edir
“Olan-qalan son gücümüzü Oqtay yıxdı, Dilarə isə..."
"Bandotdel"dən əməliyyat: "Kriti Vüsal Masallinski" həbs olunub
Bərdədə su patrulları... - Kənan Rövşənoğlu yazır
"Kassam tuqayları" İsrail əsgərlərini daşıyan hərbi maşını vurub
Qəzzada daha 9 nəfər aclıqdan ölüb - Son 24 saatda
“Yaşıl enerji məkanı” Alt İşçi qrupunun növbəti iclası keçirilib
Arzu Əliyeva Çində Mehriban Əliyeva ilə foto paylaşdı - FOTO
XİN: "Dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi"
Əfqanıstanda zəlzələ - 800-dən çox insan ölüb, 3000-dən çox xəsarət alan var (Yenilənib)
"AzTV-də intriqalar həddindən artıq çox güclü idi" - Xalq artisti
Xocavənd, Xocalı və Laçında aqrar torpaqlar icarəyə veriləcək
Pakistanda helikopter qəzaya düşüb - Ölənlər var
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Şahbaz Şəriflə görüşdə: "Hindistan Azərbaycandan qisas almağa çalışır, lakin..."- FOTOLAR
Ərdoğan Putinlə görüşüb: "Sizi tezliklə ölkəmizdə gözləyirik” - FOTO
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında yeni sənəd imzalanıb - FOTOLAR
"Azercell Telecom" qadınlara növbəti dəstək proqramına start verir - Müsabiqə elanı
General nazirin müşaviri təyin edildi
"Hələ alış-veriş tamamlanmayıb, lakin 400 manat gedib" - Məktəb yaxınlaşır, valideynlər bahalıqdan şikayətlənir (VİDEO)