Dövlət Agentliyində traybalizm: qudalar Apellyasiya Şurasının da üzvləri imiş (FOTO)

img

03-10-2025 [20:17]


Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin müşaviri Əsəd Şirinovun  Bakıda keçirilən II Milli Rəqabət Forumunda "Azərbaycanda su tariflərində differensiallaşma aşağı gəlirli təbəqəni qorumağa xidmət edəcək", - sözləri sosial mediada məsxərəyə çevrilib.

Mia.az xəbər verir ki, onun çıxışında differensiallaşmanın qiymət artımı anlamından daha çox, guya kasıb təbəqəni qorumağı hədəflədiyi yönündəki açıqlaması birmənalı qarşılanmayıb. Əksinə, cəmiyyətin diqqətini bir daha bu quruma yönəlib.

Yayılan məlumatlardan görünür ki, Əsəd Şirinov təkcə Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr Zaur Mikayılovun qudası kimi qurumda əsas söz sahiblərindən deyil, o, həm də sədrin digər qudası Fuad Quliyevlə birgə başqa bir vəzifəyə də sahibləniblər.

Mia.az-ın məlumatına görə, sədr Zaur Mikayılov qudalarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Apellyasiya Şurasının üzvləri olmasına da "yaşıl işıq" yandırıb ( https://adsea.gov.az/agentlik/appelyasiya-surasi )

Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Agentliyin və ya onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

Maraqlıdır. qudalar kritik məqamda necə qərar verir və  ya verəcəklər?

Hə, yeri gəlmişkən, qudalardan biri öz doğmasını da ADSEA-da yüksək posta təyin etdirib.

Bilirsiz o, kimdir?! 

Samir MUSAYEV

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA