Serj Sərkisyan Azərbaycana gəlir

img

30-08-2014 [14:55]


Ermənistan prezidenti Serj Sərkisyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 2-də Azərbaycan ərazisinə - işğal olunmuş Dağlıq Qarabağa səfər edəcək. 

Çağırılmamış "qonağın" səfərində məqsəd qondarma "Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin 23-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etməkdir. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində nazirlər və diaspor erməniləri də olacaq. Məlumatda qeyd olunur ki, sentyabrın 2-də Xankəndidə separatçıların hərbi paradı və Şuşa şəhərində Geoloji Muzeyin açılışı nəzərdə tutulub.

Bundan bir gün öncə - sentyabrın 1-də Qarabağa Ermənistan parlamentinin bütün fraksiyalarını təmsil edən deputat qrupu səfər edəcək.

Xatırladaq ki, 1991-ci il sentyabrın 2-də Qarabağ separatçıları Azərbaycandan ayrıldıqlarını, qanunsuz olaraq öz müstəqilliklərini elan ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA