Türkiyə Ukraynaya hərbçi göndərəcək? - Kiyevə təhlükəsizlik zəmanətində Ankaranın rolu (TƏHLİL)
25-08-2025 [15:14]
Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlalov Türkiyənin bu ölkəyə hərbi kontingent göndərməyi nəzərdən keçirdiyini açıqlayıb. Diplomat əlavə edib ki, məsələ Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə müzakirə olunub.
N.Cəlalovun bu açıqlaması kifayət qədər diqqət çəkir.
Türkiyənin regional və beynəlxalq təhlükəsizlik məsələlərində artan rolunu hər kəsə bəllidir. Prezident Rəcəb Tayyib Ərdoğanın son vaxtlar həm Rusiya, həm Ukrayna, həm də Fransa kimi Avropanın əsas oyunçuları ilə intensiv təmasda olması isə bu məsələni təkcə Ukrayna–Türkiyə münasibətləri çərçivəsində deyil, daha geniş beynəlxalq siyasi kontekstdə qiymətləndirməyə imkan verir.
Əslində, belə bir addım Türkiyə üçün tamamilə məntiqli və zaman baxımından uyğun görünür. ABŞ və Rusiya arasında davam edən danışıqlarda təhlükəsizlik məsələsi açar rola malikdir. Rusiya konkret şəkildə Qərbdən, xüsusilə də ABŞ-dan Ukrayna ərazisində NATO və ya Qərb hərbçilərinin yerləşdirilməyəcəyinə dair təminat istəyir. ABŞ isə bu məsələdə birbaşa geri addım atmadan alternativ həll yolları üzərində düşünür. Məhz bu alternativlərdən biri kimi Türkiyənin hərbi kontingent formatında prosesə daxil olması mümkündür. Çünki Ankara Qərblə strateji ittifaqda olan, eyni zamanda Moskva ilə birbaşa konfrontasiyaya getməyən nadir ölkələrdən biridir. Türkiyəsayağı balans siyasəti ona faktiki olaraq öz təsir dairəsini genişləndirmək imkanı verir.
Türkiyə bu gün sadəcə NATO-nun ikinci ən böyük ordusuna malik ölkə deyil. O, real döyüş və əməliyyat təcrübəsinə sahib, hərbi və diplomatik sahələrdə çevik strategiyalar qura bilən bir gücə çevrilib. Türkiyənin xarici ölkələrdəki hərbi varlığı, o cümlədən sülhməramlı missiyaları bu günə qədər uğurlu nəticələrlə yadda qalıb. Məsələn, Qarabağda Rusiya ilə birgə fəaliyyət göstərdiyi Birgə Monitorinq Mərkəzi regional təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Hətta Bakının sonrakı mərhələdə ərazi bütövlüyünü tam bərpa etməsində Ankaranın rolu əvəzsiz oldu. Suriya və Liviyadakı uğurlu hərbi əməliyyatlar və sonrasında Ankaranın yaratdığı təhlükəsizlik mühiti də bu baxımdan qeyd olunmalıdır.
Türkiyə xüsusilə Liviyada BMT-nin tanıdığı hökumətə dəstək verərək, Qərbin maraqları ilə kəsişən, eyni zamanda öz təsir zonalarını genişləndirən bir xətt izlədi. Bütün bu təcrübələr Türkiyənin Ukrayna məsələsində də real oyunçu kimi qəbul olunmasına şərait yaradır.
Moskva bu kimi addımları, şübhəsiz ki, öz təsir dairəsinə müdaxilə kimi qiymətləndirəcək. Lakin bu reaksiya Ankaranı çəkindirmək əvəzinə, vasitəçi və tənzimləyici rolunu daha da önə çıxaracaq. Çünki Türkiyə artıq neçə illərdir ki, həm Rusiya ilə qarşı-qarşıya gəlmədən münasibət qurmağı, həm də Qərblə eyni dəyərlər sistemində işləməyi bacaran nadir dövlətlərdən biridir.
Bu siyasi və hərbi baxışla yanaşı, məsələnin daha dərin, tarixi və simvolik tərəfi də mövcuddur. Vaxtilə Vyana qapılarında dayanan türk ordusu bu gün yenidən Avropaya doğru hərəkət edir, amma bu dəfə məqsəd fərqlidir. İndi niyyət genişlənmək deyil, sabitlik yaratmaq, müharibəni nəzarətdə saxlamaq, riskləri minimuma endirməkdir. Avropa da bu fərqi anlayır və qəbul edir.
Turan Rzayev
MİA.AZ
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR
Bakıda orta məktəbdə müəllim vəfat edib
Xanım aparıcı telekanalın Baş redaktor haqqında elə şeylər danışdı ki... - "Seks və..."
YPG/SDG-yə verilən son tarix bitir, ABŞ geri çəkildi - Əşirət liderindən Türkiyədə 400 min silahlı döyüşçü vədi verildi
Yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı qərar verilib - Əli Əsədov qərar imzaladı
Vəkili təhqir edən jurnalistə bu cəza verildi
Suriyada təcridxanada gizli məzarlıq aşkarlandı
Səbinə Əliyevadan amnistiya təşəbbüsü haqda açıqlama: "Cəzadan azad edilən şəxslərin hüquqlarının qorunması və..."
Aydında saxta içki aşkarlanıb - 6 ton
Səfirlik Texasda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib
Agentlik "Hovers Group"la sövdələşib - 46 milyonluq tender
Türkiyədə 160 FETÖ-çü saxlanıldı - Açıqlama
Türkiyədə zəlzələ olub - 4 bal gücündə
QARABAĞIN DAHA 4 BÖLGƏSİNƏ KÖÇ OLDU
Ferdi Kadıoğlu evlənib - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sumqayıtda azyaşlıların "razborkası": 16 yaşlı yeniyetmə bıçaqlandı
Ərəblər daha bir məşhur məşqçi ilə anlaşdı
PSJ məhkəmədə uduzdu - Mbappeyə 61 milyon avro təzminat ödənləcək
"Ayaks" yapon müdafiəçi ilə anlaşdı
Balakəndə ağır qəza: ölən və xəsarət alanlar var
İsrail İordan çayının Qərb Sahilində 531 hektar torpağı ələ keçirib
Milyonlarla izləyicisi olan tiktoker canına qıyıb - Səbəb gizlədilir
Şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda necə formalaşır? - Vahid Tağıyev yazır
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Qəzza yenidən bombalanıb: ölənər var
Ərdoğan iki ölkəyə xəbərdarlıq etdi: "Qara dənizdə Türk gəmilərinin vurulması...." - Türkiyə lideri Ermənistanla əlaqədən də söz açdı
Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğanın silahdaşı aparıcılar haqda elə iddia irəli sürdü ki... - "Onlardan daha betəri var, əgər cinayət işi açılmazsa..."
Mürvət Həsənli İctimai Şuranın sədri oldu - KTN-də...
"Evdən iş" forması - Yeni qanun parlamentdə ilk oxunuşdan keçdi