İradə Muradova Yasamalda öldürülüb (Yenilənib)

img

23-08-2025 [12:36]


Bakının Yasamal rayonu ərazisində avqustun 23-də 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata əsasən, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.

***

Bu gün səhər saat 9.00 radələrində Bakının Yasamal rayonunda1980-ci il təvəllüdlü İradə Muradova münaqişə zəminində öldürülüb.

Mia.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emil Ağacanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR