İSRAİL İLHAQ PLANINA START VERDİ: Qəzza və ətrafı nəzarətə götürüldü, bir milyon insan cənuba köçürüləcək

img

20-08-2025 [22:35]


İsrail ordusu bir qədər əvvəl təsdiqlədiyi plana uyğun olaraq, Qəzzanın ilhaqınınn birinci mərhələsini həyata keçirdiyini təsdiqləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İsrail ordusunun sözçüsü Effie Defrin açıqlama verib.

Onun sözlərinə görə, planın bir hissəsi olaraq, İsrail ordusu artıq Qəzza və ətraf ərazilərini nəzarətə götürüb.

O əlavə edib ki, bu gün səhər müdafiə naziri Yisrael Katzın Baş Qərargah rəisi Eyal Zamirə ilhaq planının yol xəritəsini təqdim edib: "İlki mərhələdə HƏMAS yaraqlılarının mülki əhalidən ayrılmasını təmin edəcəyik. Ondan sonra HƏMAS yox ediləcək".

“The Times of Israel” nəşri isə yazır ki, müdafiə nazirinin təqdim elədiyi planda təxminən 1 milyon fələstinlinin bölgənin cənubuna deportasiyası qısa müddətdə həyata keçiriləcək: "Bundan sonra yaraqlılara qarşı sistemli əməliyyat başlayacaq".

İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, Qəzza şəhərini tamamilə işğal etməyə hazırlaşan İsrail ordusu 60 min ehtiyat əsgəri də orduya çağırmağa qərar verib: "İlhaq planının birinci mərhələdə təxminən bir milyon fələstinli cənuba köçürüləcək, şəhər mühasirəyə alınacaq və intensiv hücumlarla oradakı yaraqlılar təmizlənəcək. İkinci mərhələ Qəzzanın mərkəzində, əsasən xarabalığa çevrilmiş qaçqın düşərgələrinin zəbti nəzərdə tutulur".

İsrail ordusunun planını icra etməsinə BMT-dən başlayaraq bir çox ölkələrə qədər etiraz etməyə başlayıblar.

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR