Çempionlar Liqası: "Fənərbağça" - "Benfika" matçı TRT 1-dən canlı yayımlanacaq

img

20-08-2025 [11:05]


Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında "Fənərbağça"  Portuqaliya təmsilçisi "Benfika"nı İstanbulda qəbul edəcək. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun Bakı vaxtilə saat 23.00-da TRT 1-də canlı yayımlanacaq.

Qarşılaşmanı almaniyalı referi Daniel Sibert idarə edəcək. Ona eyni ölkədən Yan Seydel və Dominik Şaal kömək edəcək. Matçın dördüncü hakimi Daniel Şlager olacaq.

Xatırladaq ki, İstanbul komandası Çempionlar Liqasına üçüncü təsnifat mərhələsində Hollandiyanın “Feyenoord” komandasını mübarizədən kənarlaşdırıb.

Bu arada "Fənərbağça" zədəli Cenk Tosunu "Benfika" matçları üçün UEFA-ya təqdim etdiyi siyahıdan çıxarıb və onun yerinə Cengiz Ünder siyahıya əlavə olunub.

Onu da qeyd edək ki, "Fənərbaxça" bu oyuna Benfika ilə 6 oyun oynayıb.  Bu oyunların 3-də Portuqaliya komandası, 2-də "Fənərbaxça" qazanıb, biri isə heç-heçə başa çatıb.

Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR