“Ruslar son əməliyyat taktikasını nəzərdən keçirir“ - Rus kanalı

img

29-08-2014 [14:43]


Səhər saatlarından Rusiya tanklarının Mariupol şəhəri yaxınlığında qərarlaşdığı və Ukraynanın dərinliyinə hücuma keçmək üçün əmr gözlədikləri məlum olub.

 

Bu barədə TSN telekanalı məlumat yayıb.

 

Bildirilib ki, rus hərbçiləri artıq Mariupolun 20 km-də döyüş hazırlığındadırlar. Onlar Ukraynanın digər şəhər və qəsəbələrini ələ keçirmək üçün son əməliyyat taktikasını nəzərdən keçirirlər. Sözügedən şəhərin yaxınlığında 60-a yaxın Rusiya tankı qeydə alınıb.

 

Əsgərlərin verdiyi məlumata görə, tanklar "Novorossiya”nın rənglərinə boyadılıb.

 

Xatırladaq ki, Ukrayna kəşfiyyatı qarşı tərəfin bütün həmlələrini, yerdəyişmələri və əməliyyat gedişlərini diqqətdə saxladıqlarını vurğulayıblar. Onlar Mariupoldan başqa Novoazovskinin də təhlükə altında olduğunu açıqlayıblar(axar.az).

 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA