Bakıda qız üstündə kütləvi dava düşdü

img

29-08-2014 [13:52]


Metronun "Neftçilər” stansiyası yaxınlığında "Ledi Şarm” geyim mağazasında yaranan mübahisə kütləvi davaya səbəb olub.
Axar.az-a verilən məlumata görə, müştəri satıcı qıza söz atıb və mübahisə yaranıb.
Mübahisə əlbəyaxa dava ilə nəticələnib və müştərini döyüblər.
O da öz növbəsində hadisə yerinə tanışlarını çağırıb və dava daha da böyüyüb. Dostunun köməyinə gələnlər mağazanın administratorunu döyüb, başını-gözünü partladıb, mühafizəçinin isə ona dəyən zərbədən ürəyi gedib, dükanda işləyən dərzi də döyülüb. Yaxınlıqda isə bir minik maşını dava zamanı təpiklərdən zədələnib.
Polis hadisə yerinə gələndə mağaza işçilərini döyənlər aradan çıxıblar. Məlumata görə, mağazada çalışanlar ciddi şəkildə xəsarət alıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA