RUSİYA AZƏRBAYCANA MIƏXSUS OBYEKTLƏRİ NİYƏ VURUR? - Bakı Moskva ilə gərginliyin artmasında maraqlı deyil, ancaq... (TƏHLİL)
19-08-2025 [16:26]
Rusiya Silahlı Qüvvələrinin Odessada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsini vurması Moskvanın Bakıya qarşı artan aqressiyasının növbəti ifadəsidir. Bu, təkcə sıradan bir hərbi əməliyyat deyil. Avqustun 8-də SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücumdan sonra yenidən eyni hədəfə zərbə endirilməsi prosesin təsadüfi olmadığını göstərir.
Belə hücumlar təkcə texniki zərər məqsədi daşımır, eyni zamanda, siyasi və psixoloji mesaj da ötürülür. Rusiya bu mesajla bütün xarici aktorlara bildirir ki, Ukraynada fəaliyyət göstərmək heç bir halda tam təhlükəsiz deyil.
Eyni zamanda bu hücum informasiya müharibəsinin bir hissəsidir. SOCAR kimi beynəlxalq reputasiyaya malik şirkətlərin vurulması, Ukraynanın dünya ictimaiyyətinə təhlükəli sərmayə məkanı kimi təqdim edilməsinə xidmət edir. Bu yolla həm xarici investorlar çəkindirilməyə, həm də Qərbə və onun müttəfiqlərinə Ukraynanın sabitliyini qorumağın mənasız olduğu göstərilməyə çalışılır.
Təəssüf ki, bu hadisə təkcə Ukrayna müharibəsinin sərt mərhələyə keçməsi deyil, eyni zamanda Azərbaycan-Rusiya münasibətlərində diplomatik və geosiyasi dönüş nöqtəsinin başlanğıcı ola bilər. Xüsusilə Azərbaycanın əvvəlcədən verdiyi açıq xəbərdarlığa baxmayaraq SOCAR-ın obyektlərinə ikinci dəfə hücum edilməsi bu gedişin artıq ciddi mesaj daşıdığını göstərir. Bu, Kremlin Bakı ilə gərginliyi azaltmaq niyyətində olmadığını və əksinə, qarşıdurmanı dərinləşdirmək istədiyini ortaya qoyur.
Belə vəziyyətdə Azərbaycan daha konkret və Moskvada narahatlıq doğuracaq addımlar atmaq məcburiyyətində qala bilər. Mümkündür ki, Bakı artıq passiv neytrallıq mövqeyindən imtina edib, məhdud da olsa, hərbi-texniki əməkdaşlıq addımlarını nəzərdən keçirsin.
Xatırladaq ki, SOCAR-ın ilk bazasına hücumdan sonra Azərbaycan Ukraynaya elektrik transformatorları və əlavə maliyyə yardımı göndərmişdi. Ancaq görünür, bu jest Rusiya üçün yetərincə ciddi siqnal olmayıb.
Buna görə də indi Azərbaycanın daha konkret addımları müzakirəyə çıxarması gündəmə gələ bilər – məsələn, hərbi texnologiyalara çıxış, pilotsuz uçuş aparatları və ya müdafiə avadanlığı ilə bağlı yardım imkanlarının nəzərdən keçirilməsi. Təbii ki, bu, dərhal cəbhəyə silah göndərilməsi anlamına gəlmir. Amma Bakı məsələnin rəsmi müzakirəyə çıxarılması, texniki əməkdaşlıq imkanlarının öyrənilməsi və ya Ukrayna ilə hərbi təlim-tədris formatında əlaqələrin qurulması yolu ilə ciddi siyasi siqnal verə bilər.
Bu yanaşma beynəlxalq ictimaiyyətə də aydın mesaj vermiş olacaq. Belə ki, Azərbaycan kimi uzun illərdir balans siyasətinə sadiq qalan bir ölkə Rusiya ilə münasibətlərində açıq dönüş nöqtəsinə gəlirsə, bu, Kremlin birtərəfli aqressiyasının artıq dözümsüz həddə çatdığını göstərir. Bu, xüsusilə Qərb ölkələri üçün ciddi xəbərdarlıqdır və Azərbaycanın geosiyasi çəkisini daha da artırır.
Bakı Moskva ilə gərginliyin artmasında maraqlı deyil. Ancaq Kremlin davamlı və məsuliyyətsiz davranışları qarşısında səssiz qalmaq da real görünmür. Azərbaycan nə müharibənin tərəfidir, nə də bu münaqişənin bir parçası olmağa can atır. Amma bu mərhələdə üzərinə düşən məsuliyyətin fərqindədir. Əgər Azərbaycan Rusiya qarşısında daha sərt mövqe sərgiləyirsə, bu, təkcə Bakının deyil, bütövlükdə regionun gələcək təhlükəsizliyi baxımından ciddi dönüş nöqtəsi ola bilər.
Xüsusilə Qazaxıstan və Özbəkistan kimi ölkələrin bu prosesi yaxından izlədiyini nəzərə alsaq, Azərbaycanın atdığı addımlar Cənubi Qafqaz və Mərkəzi Asiyada digər ölkələrə də ilham verər, onlarda da eyni mövqe sərgiləmək üçün siyasi iradə formalaşdırar.
Turan Rzayev
MİA.AZ
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO
Bakıda orta məktəbdə müəllim vəfat edib
Xanım aparıcı telekanalın Baş redaktor haqqında elə şeylər danışdı ki... - "Seks və..."
YPG/SDG-yə verilən son tarix bitir, ABŞ geri çəkildi - Əşirət liderindən Türkiyədə 400 min silahlı döyüşçü vədi verildi
Yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı qərar verilib - Əli Əsədov qərar imzaladı
Vəkili təhqir edən jurnalistə bu cəza verildi
Suriyada təcridxanada gizli məzarlıq aşkarlandı
Səbinə Əliyevadan amnistiya təşəbbüsü haqda açıqlama: "Cəzadan azad edilən şəxslərin hüquqlarının qorunması və..."
Aydında saxta içki aşkarlanıb - 6 ton
Səfirlik Texasda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib
Agentlik "Hovers Group"la sövdələşib - 46 milyonluq tender
Türkiyədə 160 FETÖ-çü saxlanıldı - Açıqlama
Türkiyədə zəlzələ olub - 4 bal gücündə
QARABAĞIN DAHA 4 BÖLGƏSİNƏ KÖÇ OLDU
Ferdi Kadıoğlu evlənib - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sumqayıtda azyaşlıların "razborkası": 16 yaşlı yeniyetmə bıçaqlandı
Ərəblər daha bir məşhur məşqçi ilə anlaşdı
PSJ məhkəmədə uduzdu - Mbappeyə 61 milyon avro təzminat ödənləcək
"Ayaks" yapon müdafiəçi ilə anlaşdı
Balakəndə ağır qəza: ölən və xəsarət alanlar var
İsrail İordan çayının Qərb Sahilində 531 hektar torpağı ələ keçirib
Milyonlarla izləyicisi olan tiktoker canına qıyıb - Səbəb gizlədilir
Şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda necə formalaşır? - Vahid Tağıyev yazır
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Qəzza yenidən bombalanıb: ölənər var