Tramp Zelenski, NATO və Avropa liderləri ilə bir arada: "Biz yaxın gələcəkdə sülhə nail ola bilərik" - Açıqlamalar + FOTOLAR

img

18-08-2025 [22:33]


ABŞ prezidenti Tramp Ukrayna prezidenti Zelenski, NATO Baş katibi və Avropa liderləri ilə Ağ Evdə görüşüb.

Mia.az xarici mətbuiata istinadla xəbər verir ki, Tramp görüşdə Ukrayna və Rusiya arasında sülhün bərqərar olması üçün səy göstərdiyini təkrarlayıb.

Tramp deyib: “Prezident Putinin Ukrayna üçün təhlükəsizlik zəmanətlərini qəbul etməsi çox mühüm addımdır; bu, əsas məqamdır. Mən ümid edirəm ki, Ukraynaya qarşı gələcək təcavüzün qarşısını alacaq razılığa gələ bilərik”.

Zelenski cavab olaraq deyib ki, "ABŞ-ın belə güclü siqnal göndərməsi və təhlükəsizlik zəmanəti ilə hazır olması çox vacibdir".

NATO-nun baş katibi Rutte isə deyib: "Əgər oyunu yaxşı oynasaq, buna - Ukrayna-Rusiya müharibəsinə son verə bilərik. Biz bu savaşa son verməliyik. Siz (Trampı nəzərdə tutur-Mia.az) təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazır olduğunuzu dediniz. Bu, böyük bir addım, əsl dönüş nöqtəsidir".

Almaniya kansleri Merz isə deyib: "Mən növbəti görüşün atəşkəs olmadan baş tutacağını təsəvvür edə bilmirəm. Ona görə də gəlin bunun üzərində işləyək".

Aİ Komissiyasının sədri von der Leyen isə çıxşında bildirib ki, təhlükəsizlik zəmanətləri üzərində işlədiyimizi eşitmək çox xoşdur: "Biz burada  NATO-nun 5-ci maddəsi kimi təhlükəsizlik zəmanətləri çox vacibdir".

Lamiyə Əhmədli
MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR