İcra başçısının adının hallandığı qalmaqal... - Məhkəmə qohumunun şikayəti üzrə qərar verdi
 
                15-08-2025 [09:16]
Ali Məhkəmədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və eks-baş mühasibi Rəşad Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Babayev Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət törədilməsində təqsirli bilinərək, 2 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Rəşad Babayevin cəzası 7 ildən 6 il 9 aya endirilib.
Qeyd edək ki, onlar sözügedən qurumdan 194 min manat mənimsəməkdə ittiham edilib. Təqsirləndirilən şəxs Rəşad Babayev məhkəmədə ifadəsində bildirib ki, əvvəllər rabitə sahəsində mühasib işləyib və sonradan ixtisara düşdüyü üçün qohumu, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə düzəlib. O, ittifaqda mühasib kimi işlədiyi vaxt "ASAN İmza" ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10.842,97 manat maaş yazmaqla, qurumun 194 min manatını mənimsəyib. Rəşad Babayev məhkəmədə iddia edib ki, onu Seymur Orucov buna məcbur edib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetidiyini bildirib. Belə ki, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb. Bir müddət sonra Gülbəniz adlı qadın oğlu işə düzəlmədiyi üçün baş mühasibə verdiyi 20 min manatı geri tələb edib. Rəşad Babayev bu barədə Seymur Orucova məlumat verib. İcra başçısı isə Gülbənizə narahat olmamasını bildirib. Bundan sonra Rəşad Babayev ittifaqın vəsaitlərinin xərclənməsində maxinasiya yol verməyə başlayıb. O, 2020-2022-ci illər ərzində işlədiyi müəssisədə əmək haqqı kartına əlavə pul köçürmələri etməklə hissə-hissə 194.000 manat məbləğində pul mənimsəyib. Rəşad Babayev iddia edib ki, sonradan həmin pulu nağdlaşdırıb və 194.000 manatdan 135.000 manatını bir dəfəyə Seymur Orucova şəxsən verib, 15.000 manatı Gülbənizə qaytarıb, qalan 44.000 manatı isə öz ehtiyaclarına sərf edib. Rəşad Babayevlə əlbir olmaqda ittiham edilərək saxlanılan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov məhkəmədə baş mühasiblə birlikdə heç bir cinayət törətmədiyini bildirib. Əksinə o, müxtəlif yuxarı orqanlara müraciət edərək Rəşad Babayevin fəaliyyətinin 2020-ci ilin mart ayından 2022-ci il iyun ayına kimi təftiş olunmasını xahiş etdiyini söyləyib.
S.Orucov isə iddiaları təkzib edir.
MİA.AZ
Arda Gülər "Real Madrid"də "Ayın oyunçusu" seçildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaxarova: "Azərbaycanda saxlanılan Rusiya vətəndaşları..."
Rusiya XİN: "İsrailin İordan çayının qərb sahilini işğal etməsi..."
Hikmət Hacıyev Abdullah Ereni qəbul edib - FOTO
Rəsmi Moskvadan ABŞ-ın təcili nüvə təliminə reakisya: "...biz də eyni şəkildə hərəkət edəcəyik"
"Beşiktaş"ın qadınlardan ibarət komandasına baş məşqçi təyin olunub
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul edib - FOTO
Baş nazir Dövlət Mülki Aviasiya Agentliyi barədə qərar imzalayıb
Rauf Abdullayev xəstəxanaya yerləşdirilib
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
Əli Əsədov daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Millimiz Moldova ilə heç-heçə edib
Derbinin hakimləri bəlli oldu
Prezident orduya əmr verdi: "İsrailin hücumuna cavab verin!"
Bakıda 66 kq narkotiklə tutulanlar var
Ukraynada daha bir azərbaycanlı həlak olub
Almaniya Kansleri Türkiyədə - Ərdoğan qarşıladı (FOTO)
Derbi həyəcanı: "Fənərbağça" "Beşiktaş"la oyuna bu heyətlə çıxacaq
“Bir gün gördüm ki, başım fırlanır, bədənimdə gizilti var"
Bir qardaşı həbsdə, digəri isə axtarışdadır - Saleh Səmədovla bağlı daha bir xəbər yayıldı
İCRA BAŞÇISI VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam
Şəhid Aydın Nuriyevlə vida mərasimi keçirilib
“Uşaqlarına baxırlar, əlaqələri, münasibətləri var" - Sabir Rüstəmxanlıdan qızınn ailəsi haqda açıqlama
Azərbaycan Prezidenti Ermənistanda keçiriləcək sammitə qatılmayacaq
Şirvanda şəhid Cəmil Rəhimov dəfn edilib
"Məmurların hətta xəyanət yoluna düşməsi..." - Eldar Əzizov məmurları topladı, xəbərdarlıq etdi (MÜŞAVİRƏ)
Türkiyənin daha bir nəhəng gölü quruyur - İznik gölündə su 350 metr geri çəkilib (FOTO)
Estoniya xarici işlər naziri Türkiyəyə gedir
İslam Rzayevin bacısı oğlu haqda maraqlı xəbər yayıldı
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısı ilə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovu nə bağlayır?
Vahid Ələkbərov bu şirkətdəki payını satır
SAXLANILAN İCRA BAŞÇISI KİMDİR: kürəkəni ilə mülk davası edən, yoxsa korrupsioner... (YENİLƏNİB)
Ağdərəyə yeni köç olub
"Şəmkir" klubu 1200 manat cərimələnib
Şəhid Elçin Quliyev dəfn edilib
Sabah hava necə olacaq? - Proqnoz
DTX-nin saxladığı icra başçısının qızı görün kim imiş... - FOTO