Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verildi

img

12-08-2025 [11:52]


Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verilib.

Məlumata görə, bu qərar xanım hakimin öz müraciəti əsasında qəbul olunub.

A.Paşayeva ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçəcəyini bildirib. Bu səbəbdən vəzifədən getmək üçün ərizə təqdim edib. Məhkəmə-Hüquq Şurası ərizəni təsdiqləyib(qafqazinfo).

Qeyd edək ki, Adilə Paşayeva həm də Sabunçu Rayon Məhkəməsinin spiker hakimi vəzifəsini icra edirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA