Ceyhun Bayramovla Pakistan XİN rıəhbəri aarsında telefon danışığı olub

img

11-08-2025 [18:28]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

Bu barədə Pakistan XİN-in "X" sosial şəbəkəsində məlumat yayılıb.

Söhbət zamanı tərəflər ölkələr arasında ticarət və investisiya sahəsində əməkdaşlığı müzakirə ediblər.

Xarici işlər nazirləri çoxtərəfli forumlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edərək, BMT və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qarşıdan gələn tədbirlərini, eləcə də ŞƏT-ə aid məsələlər üzrə məsləhətləşmələri yaxından əlaqələndirmək barədə razılığa gəliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA