Nelson Semedo: "Əlimizdən gələni edəcəyik"

img

12-08-2025 [14:44]


"Fənərbağça"nın yeni transferi Nelson Semedo "Feyenoord" matçından əvvəl açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, açıqlamasında bu sözlərə yer verib:

"İndi evimizdə matç oynayacağıq, ona görə də azarkeşlərimizin və hər kəsin dəstəyinə ehtiyacımız olacaq. Onların bizi dəstəkləmək üçün inanılmaz atmosfer yaradacaqlarına şübhəm yoxdur. Biz isə  meydanda əlimizdən gələni edəcəyik. Növbəti mərhələyə yüksəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq. Arzumuz növbəti mərhələyə yüksəlmək və daha sonra Çempionlar Liqasında yola davam etməkdir."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR