"Köhlən atlar" indidən yoruldumu? - Təkcə penalti epizoduna güvənmək...
07-08-2025 [10:56]
Azərbaycan futbol klublarının Avrokubok yarışlarında uğurları davam edir.
Mia.az xəbər verir ki, “Qarabağ” Futbol Klubu (FK) səfərdə Şimali Makedoniyanın “Şkendiya” klubunu 1 qol fərqiylə məğlub edib.
Bu gün “Araz-Naxçıvan” FK ev oyunu keçirəcək. “Sabah” FK isə bu gün səfərdə rəqiblə ilk qarşılaşmaya çıxacaq.
Klublarımıza əlbəttə ki, uğurlar.
Azərbaycan futbolu adına keçirilən bütün oyunlar qalibiyyətlə yekunlaşmasa da, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov demişkən, ən azından gözümüz Avropa meydançaları və klubları, böyük azarkeş ordusu və s. görür. Təcrübə yığırıq.
“Qarabağ”ın təcrübəsi digər klublarımızdan daha çoxdu. Keçən il bütün cəhdləri boşa çıxsa da, bu il pis başlamayıb. Hərçənd, UEFA Çempionlar liqasının III təsnifat mərhələsi çərçivəsində “Şkendiya” ilə oyunu göstərdi ki, Ağdam klubunun Avropa macərası uzun sürməyə bilər. “Asta gedən çox gedər” prinsipinə söykənən “Qarabağ”un vurduğu qollar necə deyərlər, “yağmasa da damlayır”a daha çox bənzəyir.
Halbuki, oyundan əvvəl rəqibi çox yaxşı analiz etmişdilər, bizə də tanıtdılar. Mən düşünürdüm ki, “Qarabağ” bu ətraflı analizdən sonra ən azı 2 qol vurar. Elə Avropa futbol mütəsəsisslərinin ilkin proqnozlarında da belə bir hesabın olacağına əminlik vardı.
“Şkendiya” da Ağdam klubu ilə oyuna psixoloji hazırlaşıb gəlmişdi. Hələ oyundan əvvəl baş məşqçi hörmətlə demişdi ki, “Qarabağ”ı, onun taktikasını, üslubunu izləyiblər. Bəs “Qarabağ” nəyi öyrənmişdi? Cəmi bir qol fərqi yaratmaq cavab qarşılaşması üçün böyük riskdi. “Qarabağ”ın öz meydanında böyük hesabla uduzması keçmişi var, bunu unutmayaq. Toral Bayramovun penaltisini də şişirtməyə ehtiyac yoxdu. Bayramov qapının doqquzluğu əvəzinə “kosmos”a da top göndərə bilərdi. Bundan əvvəllərdə olduğu kimi. Təkcə penalti epizoduna güvənmək Avropa iddiası üçün çox yorğun yanaşma deyilmi sizcə? Halbuki, qol epizodları kifayət qədər vardı. Zubirin qeyri-dəqiqliyini, Nərimanın tərəddüdünü, Kadinin ərköyünlüyünü bir yerə yığanda heç Koxalski eləmir.
Zubir niyə elə yorğundu, deyə soruşmaq istəyirəm Qurbanovdan. Yaşlandımı? Qapının qarşısında əlverişli vəziyyəti qola çevirməkçün Nərimana evmi alıb verək? Bəs aqressiv Kadi sarı vərəqədən sonra Bakıdakı cavab oyununda qırmızı alsa nə olacaq?
“Qarabağ” çox sönük, həvəssiz görünür indiki halda.
Ən azı 3 real qol vəziyyəti vardı onlarçün. Rəqib meydanında həyəcana da bağlamaq olmur “Qarabağ”ın penaltili ovunmasını. Həmin gün heç stadionda elə böyük azarkeş coşğusu yox idi.
Bizimkilərdən fərqli olaraq “Şkendiya” rəqibini sözdə yox, taktika olaraq yaxşı analiz eləmişdi. “Qarabağ”ın hücum komandası olduğunu yaxşı bilən “Şkendiya” bütün oyun boyunca qonaqları iynə üstündə saxladı: hakimin əlavə 6+1,5 dəqiqəsi belə onların aşkar hücum üstünlüyü ilə keçdi, “Qarabağ” son dəqiqələrdə sadəcə, hesabı qorudu.
Q.Qurbanov son oyunlarda çox yorğun görünür. Bəlkə də, həqiqətən yorulub: yayı demək olar ki, istirahət etməyiblər. Təlim-məşq toplantıları, yoxlama oyunları, bir tərəfdən Avropa oyunları. Qurbanov bu yay heç gedib hansısa məşhur klubun məşqlərini də izləmədi. Hər il ənənəvi olaraq gedirdi. Bu il daha çox ehtiyac vardı məncə. “Qarabağ”ın oynadığı rəqiblər artıq onun taktikasını və üslubunu çözüblər. Hətta transfer edəndə belə mütəxəssislər klubun hansı cinahda oyunçuya hesablanacağının proqnozunu dəqiq verə bilir. Qurbanov özü də istəyirdi komandasına hansısa taktiki fərqlilik gətirsin, bəzi yeniliklər tətbiq etsin. Amma görünür, buna vaxt yoxdu və baş məşqçinin keçən ilki uğursuz Avropa oyunları seriyasının təkrarlanması kimi qorxusu var indidən.
Q.Qurbanovun Azərbaycan klublarının hazırda davam edən Avrokubok oyunlarına diqqətini verməməsi də maraqlı gəlir adama. Bu il iki komandamız özünü uğurla irəli aparır. Ağdam təmsilçilərinə rəhbərlik edən baş məşqçi niyə onları izləmir, maraq göstərmir?
Deyək ki, “Sabah”la aralarında gözlə görünməyən çəkişmə, hətta deyərdim ki, antipatiya var. Sonuncu dəfə mən Qurbanovdan bizim komandaların Avrokubok oyunlarında iştirakına münasibətini soruşanda, “Sabah”la bağlı sualı açıq iqnor etdi. Digər klublara dair ümumi cümlələr işlətdi. Qurbanov qısqandımı? Nə bilim. Amma məncə, bu il digər klublarımızın Avropada “Qarabağ”dan bir addım öndə olacağını düşünmək pis fikir deyil.
Qurbanovu 1 penalti qolu ilə təbrik etməyi mən də istəyirəm. Skopyedəki jurnalist kimi. Amma həmin jurnalist 1 qol fərqi ilə ölkəsinin komandasının böyük şans qazandığının sevinci ilə təbrik edir Qurbanovu, mənsə düşünürəm ki, Koxalskinin qəhrəmanlığına möhtac olan komandaya Bakıda, cavab görüşündə dualarımı əksik etməyim.
Skopyedəki jurnalisti Qurbanov Bakıya dəvət edib, yəqin sualından xoşnud qalıb, mənsə elə Bakıdayam və “Qarabağ”ın bu səddi keçə bilməyəcəyi təqdirdə baş məşqçiyə suallarımı diqqətlə arıtlayıb verməyə məcburam ki, Qurbanov bundan sonra da Avropa təcrübəsini öyrənməyə davam eləsin.
Zülfiyyə Mustafayeva
Mia.az
Sem Stejin: "Bizi çətin qarşılaşma gözləyir"
Robin Van Persi: "Gələn həftə nə olacağını görəcəyik"
EV TELEFONLARININ AYLIQ ABUNƏ HAQQI QALXIB - Qərar
Çempionlar Liqası: 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilib
Heung-Min Son "Los Anceles" klubu ilə rəsmi müqavilə imzaladı
"Iğdır FK" Morike Fofana ilə müqavilə imzalayıb
Tomas Müller "Vancouver Whitecaps" komandasına keçid edib
Kreml açıqladı: Putin-Tramp görüşünə hazırlıqlar başlayıb
"Beşiktaş" təcrübəli yarımmüdafiəçi ilə anlaşıb
"Everton" yarımmüdafiəçi transfer edib
Dağda narkotik becərən silahlı dəstə əməliyyatla saxlanıldı - VİDEO
Tarixi kitab 96 min manata satılıb
İsrailin Qəzzaya hücumu davam edir - Daha 17 dinc sakin həlak olub
Azərbaycan Ordusunun bir qrup hərbçisi Pakistanda parada qatılacaq
ABŞ, Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşü... - Elman Cəfərlidən TƏHLİL
7 nəfərin öldüyü qəza ilə bağlı rəsmi məlumat yayıldı
Bakı–Təbriz–Bakı marşrutu üzrə birbaşa uçuşlar başlayır
Bakının bu ərazisindəki köhnə tiklilərin söküntüsünə başlanılıb
Bu gün Zirədə işıq olmayacaq
"90 yaşım var, başqa nə ola bilər ki?" - Artur Rasizadə
Azərbaycan nefti cüzi bahalaşdı
"Heç vaxt yenidən ailə qurmaram" - İbrahim Borçalı
İsrail ordusu Livanın cənubunu bombalayıb
ÜST: "Sudanda vəba epidemiyası yayılır"
Ağ Ev: "Ruslar Trampla gələn həftə görüşmək istəyir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xorxe Kosta vəfat edib
"Beşiktaş" müdafiəçisi ilə bağlı açıqlama yayıb
"Leypsiq" Romulonu transfer etməyə hazırlaşır
"Amedspor" sağ cinah müdafiəçisi transfer edib
"Milan" 39 milyona yarımmüdafiəçi transfer edib
ABŞ-da hərbi bazaya hücum - Ölən və yaralananlar var
"Le Havre" Alli Samattanı transfer edib
Xaricdə təhsil alan 107 nəfərin diplomu tanınmayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakının bu ərazisində bu gün işıq olmayacaq - Səbəb
"Söhbət necə bir nəticədən gedir? - TRAMPIN ƏLİYEV VƏ PAŞİNYANLA GÖRÜŞÜNÜN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ...
Mərc və qumar oyunları təşkil edən dəstə üzvləri saxlanılıb
Keçmiş xidmət rəisi hakim qarşısına çıxarılıb
"AEK Athens" Luka Yoviçlə müqavilə imzaladı
"Feyenoord" müdafiəçi transfer edib
"Benfika" klubu Kerem Aktürkoğlu ilə bağlı açıqlama yayıb
"Trabzonspor" sol cinah hücumçusu ilə razılığa gəlib