Bu gün Zirədə işıq olmayacaq

img

07-08-2025 [10:31]


Bu gün Bakının Xəzər rayonunun Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Mia.az “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35 kV-luq hava xəttində avqustun 7-də təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:25 06.08.2025

Xorxe Kosta vəfat edib