Bakının bu ərazisində bu gün işıq olmacayaq - Səbəb

img

06-08-2025 [16:13]


Bu gün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Azərişıq” ASC-dən Mia.az0a bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Ramana qəsəbəsində bu gün isti hava şəraiti ilə əlaqədar elektrik xətlərində yarana biləcək yüklənmənin qarşısının alınması məqsədilə gücləndirmə işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 16:30-dan 18:00-dək Şuşa şəhərciyinin ətrafı, Ramana qalasının yaxınlığı, Ramana Sovxoz və Yeni Ramana yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR