Sabahın hava proqnozu açıqlandı

img

04-08-2025 [12:22]


Avqustun 5-də Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Mia.az xəbər verir ki, sabah havanın temperaturu gecə 24-29, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA