Xarici İşlər Nazirliyi “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir

img

01-08-2025 [10:43]


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) 2025-2026-cı il üzrə nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir.

XİN-dən Mia.az-a verilən məlumata görə, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.

Bildirilib ki, avqustun 15-i müraciətlərin qəbulu üçün son tarixdir.

Müraciətlərin qəbulu yekunlaşdıqdan sonra tələblərə uyğun namizədlərlə seçim prosesinin növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR