Bakıda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb

img

26-08-2014 [11:34]


Bakıda qətl hadisəsi baş verib. Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün saat 23:30 radələrində Şağan qəsəbəsində Əzizbəyov küçəsi ev 88-də qeydə alınıb.
Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Ülkər Eynulla qızı Abdullayeva qarının sol yan tərəfinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə, 1962-ci il təvəllüdlü həyat yoldaşı Tərlan Rəhman oğlu Abdullayev oğlu qarnın sağ tərəfinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə, 1987-ci il təvəllüdlü oğlu Rəhman Tərlan oğlu Abdullayev döş qəfəsinin arxa səthinin, boyunun kəsilmiş, deşilmiş daxilə nüfuz edən yarası ilə və Şağan qəsəbəsində Yeni yaşayış sahəsində yaşayan 1998-ci il təvəllüdlü Cahid Vahid oğlu Qədəşov epaqastral nahiyəsinin kəsilmiş deşilmiş daxilə nüfuz edən yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriblər.
Ü.Abdullayeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Nahid Vahid oğlu Qədəşov tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA