Avropa birinciliyi: idmançılarımız medal qazandı

img

31-07-2025 [14:44]


İspaniyanın paytaxtı Madrid şəhərində U 15 və yeniyetmələrin Avropa birinciliyi keçirilir. 

Mia.az xəbər verir ki, son yarış günü  atletlərimizdən Muhəmmədəli Məmmədzadə U 15 kateqoriyasında mübarizəyə qoşulub. 88 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 122 kq nəticə göstərərək gümüş medala sahib olub.

Muhəmmədəli təkanla qaldırma hərəkətində 147 kq çəkini başı üzərinə qaldırıb. Beləliklə iki hərəkətin cəmində 269 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin gümüş medalını qazanıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA