Sahil Babayev bu nazirliyin jurnalını da bağladı - Növbə kimindir?

img

31-07-2025 [10:20]


Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Maliyyə və Uçot Jurnalı Redaksiyası” MMC ləğv olunduğunu elan edib.

Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az MMC-yə istinadla məlumat yayıb.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini bildirə bilərlər.

Xatırladaq ki, “Maliyyə və Uçot Jurnalı Redaksiyası” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 931 manatdır. Onun direktoru Elbrus Cəfərovdur.

Mia.az onu da bildirir ki, Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiə nazri təyin ediləndən qısa müddət sonra ilk olaraq adıçəkilən nazirliyin jurnalını da qapatmışdı.

Məlumat üçün onu da bildirək ki, yazın vaxtlarda S.Babayevin Maliyyə Nazirliyinin mətbuat katibini də yola salacağı gözlənilir.

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR