Hərbçilərimiz qəzaya düşdü: 2 ölü, 3 yaralı

img

25-08-2014 [12:58]


Ağcabədi rayonunun Qaradolaq kəndində iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün səhər 06-07 radələrində qeydə alınıb. "VAZ-2109” və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ 2109” markalı minik avtomobilində olan iki nəfər sərnişin - Beyləqan rayon sakinləri İbadlı Ramil Qubad oğlu və İsmayılov Amid Nizami oğlu hadisə yerindəcə dünyalarını dəyişiblər.

"VAZ-2109”un sürücüsü Rauf Qarayev ağır vəziyyətdə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

"Chevrolet"in sürücüsü və bir nəfər sərnişin yüngül xəsarət alıblar.

Milli.az-ın əldə etdiyi məlumata görə, qəzada ölən şəxslərin hər ikisi hərbçidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA