Azərbaycanda 29 yaşlı gənc valideynlərini doğradı

img

24-08-2014 [15:08]


Tərtər rayonunda dəhşətli hadisə baş verib. MİA.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Bayandur kəndində 1985-ci il təvəllüdlü Arzuman Vəliyev valideynlərini öldürmək məqsədi ilə onları bıçaqlayıb. 29 yaşlı oğlan əvvəlcə atası Rasim Vəliyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. O, daha sonra anası Gülbəs Vəliyevaya hücum edib və anasına ağır zərbələr endirib. Qadın Bərdə rayonunda xəstəxanaya yerləşdirilib, vəziyyəti kritikdir.

Hadisəni törədən oğul tutulub. Onun ana-atasını hansı səbəbdən öldürməyə qərar verməsi dəqiq bilinmir.

Digər məlumata görə, hadisəni törədən A.Vəliyev ruhi-əsəb xəstəsidir. O saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA