Henri Onyekuru "Gençlerbirliği" ilə anlaşıb

img

22-07-2025 [12:23]


Super Liqa komandalarından olan "Gençlerbirliği" 28 yaşlı cinah hücumçusu Henri Onyekurunu heyətinə qatdığını açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara  komandası sosial media hesabında "Ankaranın yeni siması, yeni ulduzu, Henri Onyekuru xoş gəlmisiniz" sözləri ilə transferini açıqlayıb.

Xatırladaq ki, Nigeriyalı futbolçu Türkiyədə "Qalatasaray" və "Adana Dəmirspor"da çıxış edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR