İtaliya Liqasının qol kralı Ərəbistan liqasına transfer olub

img

22-07-2025 [13:48]


Səudiyyə Ərəbistanı liqasının komandalarından olan “Əl-Qədsiah” ötən il İtaliya A Seriyasının qol kralı olan Mateo Reteqini transfer etdiyini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl Qadsiah" komandası 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzaladıqlarını açıqlayıb.

Futbol karyerasına Argentina Liqası komandalarından olan “River Pleyt”in gənclər akademiyasında başlayan Reteqi ötən il “Atalanta”nın heyətində ümumilikdə 49 oyuna çıxıb, 28 qol vurub, 9 məhsuldar ötürmə verib.

Mateo Reteqi 25 qolla İtaliya A Seriyasının 2024-2025 mövsümünün qol kralı olub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA