"Fatih Karagümrük" hücumçu transfer edib

img

22-07-2025 [13:05]


Superliqanın yeni komandası "Fatih Karagümrük" cinah hücumçusu Mustafa Berk Köroğlunu heyətinə qatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qırmızı-qaralar"dan verilən açıqlamaya görə, 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

TFF 2-ci Liqa Qırmızı Qrupunda "Karaköprü Belediyespor"da çıxış edən futbolçu ötən mövsüm 33 matçda 11 qol vurub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA