"Erzurumspor" müdafiəçi ilə anlaşıb

img

22-07-2025 [12:12]


1-ci Liqa komandalarından olan "Erzurumspor" müdafiəçi Amar Gerxhaliu ilə müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Klubdan verilən açıqlamada 23 yaşlı Gerxhaliu ilə 1 illik müqavilə imzalandığı bildirilib.

"Klubumuzun prezidenti Ahmet Dal ilə bu yaxınlarda keçirdiyi görüşdən sonra kosovalı futbolçu onu ağ-mavi rənglərimizə bağlayan müqavilə imzalayıb və komandamızın təlim-məşq toplanışına qatılıb. Komandamıza güc qatacağına inandığımız Gerxhaliunu salamlayır, ona formamızın altında uğurlar arzulayırıq."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR