TRAMP TEHRANI YENƏ HƏDƏLƏDİ: “Lazım gəlsə, nüvə obyektlərinə yenidən zərbələr endirəcəyik"

img

22-07-2025 [10:21]


ABŞ prezidenti Donald Tramp İsrailin 12 günlük İrana qarşı hücumunda qonşu ölkənin nüvə obyektlərini məhv etdiklərini təkrarlayıb. Bununla belə, o, İranı növbəti dəfə təhdid edib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social”da yazıb.

O, İranın xarici işlər naziri Abbas Erakçinin “Fox News” telekanalına müsahibəsi zamanı ABŞ-ın İranın nüvə obyektlərinə hücumu ilə bağlı “Zərər çox ciddidir, obyektlər dağıdılıb” ifadəsinə qabardaraq, bunu təsdiqləyib: "Əlbəttə, bu, belədir, lazım gələrsə, yenə edəcəyik”.

Tramp daha sonra bir müddət əvvəl ABŞ-ın İrana hücumlarının Tehran hökumətinin nüvə proqramını tamamilə məhv etmədiyi haqda iddialara toxunub. O, bu xəbəri yayan CNN telekanalına üz tutaraq xəbərdarlıq edib: "Kanal bu saxta müxbirlərini dərhal işdən çıxarmalı, həm məndən, həm də İranın nüvə obyektlərini məhv edən pilotlarımızda üzr istəməlidir”.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR