İstanbulda daha 8 bələdiyyə işçisi saxlanılıb

img

22-07-2025 [00:05]


Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sabiq sədri Əkrəm İmamoğlunun həbsindən sonra onun ətrafına qarşı əməliyyatlar səngiməyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində “rüşvət” və “tender saxtalaşdırma” ittihamları ilə İstanbul Böyükşəhər Bələdiyyəsinin daha 17 şübhəli istintaqa çağırılıb.

Məlumata gərə, ifadələri alındıqdan sonra onlardan Ali Cüneyt Özdemir, Can Karataş, Cengiz Tosun, Deniz Erzincan, Erdinç Karataş, Mehmet Karataş, Murat Timuçin Altıer və Taylan Çokyiğitin həbsinə qərar verib: "Qalanları isə ev dustaqlığına buraxılıb".

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:01 21.07.2025

Üç deputat istefa verdi