Üç deputat istefa verdi

img

21-07-2025 [12:01]


Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun ətrafı seyrəlir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbuldan deputat seçilmiş Səlim Temurci, İsa Mesih Şahin və Doğan Dəmir Əhməd Davudoğlunun lideri lduğu Gələcək Partiyasından istefa veriblər.

Məlumata görə, onlar istefanı partiya liderinin mövqeyi ilə əlaqələndiriblər. İddia ediblər ki, Daviudoğlunun son proseslərdəki mövqeyi qaneedici deyil: "Atatürkün “Vətənini ən çox sevənlər vəzifəsini ən yaxşı yerinə yetirənlərdir” sözləri ilə yolumuza müstəqil şəkildə davam edcəyik"

Məlumata görə, bu istefalarla Türkiyə Böyük Millət Məclisində müstəqil millət vəkillərinin sayı 14-ə yüksəlib.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA