Jurnalist tox olarsa, basılmaz Vətən… - Təbriz VƏFALI YAZIR
22-07-2025 [09:08]
Təbriz VƏFALI
***
Dünən qaynımın azyaşlı oğlu Baləmi ilk dəfə evimizə qonaq gəlib. Salamdan-kəlamdan, kef-əhvaldan sonra nəfəsini dərməmiş, təri qurumamış başladı məni sorğu-suala tutmağa. Ardı-arası kəsilməyən saysız-hesabsız sualları bir ucdan döşədi qabırğama. Zalım oğlu yorulmaq, dayanmaq bilmədi ki, bilmədi. Sanki balaca qonağım müstəntiq, mən də ya terrorçuyam, ya mütəşəkkil cinayətkarlıqla məşğul olan qatı və təhlükəli cinayətkaram, ya da kontrabanda işinin mahir ustası olan qaçaqçıyam.
Hələ onun bəzi suallarını eşidəndə qaldım mat-məəttəl, matım-mutum qurudu, gözlərimi döydüm, həmin sualları cavablandırmaqda çətinlik çəkdim. Sualları da jurnalistikamız və media əhlimiz barədə idi.
Qaynımın oğlu soruşdu ki, Azərbaycanda nə qədər jurnalist var?
Dedim ki, cibində jurnalist vəsiqəsi gəzdirənlərin sayı 50 min nəfərdən çoxdur. Onlardan 2-3 min nəfəri peşəkarlar, qalanları həvəskarlar və qeyri-peşəkarlardır.
Baləmi soruşdu ki, bəs peşəkar jurnalistlər kimlərə deyirlər?
Cavablandırdım ki, ruhən jurnalistikadan asılı vəziyyətə düşən, beyni və ürəyi media tərəfindən əsir alınan, yazı yazmağı gündəlik qida, hava və su hesab edən, vicdanını, qələmini şan-şöhrətə, var-dövlətə satmayan şəxsə peşəkar jurnalist deyilir.
Qonağım fikirləşmədən soruşdu ki, əsl jurnalist, peşəkar jurnalist kök olmalıdır, ya arıq?
Cavab verdim ki, ay oğul, gerçək jurnalist dediyin piyada gəzməkdən, ac-susuz və yuxusuz qalmaqdan, az maaşla bütün günü qul kimi, kölə kimi işləməkdən arıq olmalıdır. O qədər arıq olmalıdır ki, iynənin dəliyindən keçməlidir.
Onun növbəti sualı belə oldu ki, Azərbaycanda hər hansı bir jurnalistə Nobel mükafatı verilibmi?
Dedim ki, şirin balam, noğul balam, hələ indiyədək media əhlimizdən kimsə həmin mükafatı ala bilməyib. Amma əsəb-sinir və ürək-damar xəstəliklərindən, həmçinin stressdən əziyyət çəkməyən jurnalist tapılsa, ona mütləq Nobel mükafatı verəcəklər.
Qaynımın oğlu sual verdi ki, bəs Azərbaycan jurnalistikasında pullu sıravi jurnalistlər çoxdurmu?
Cavab verdim ki, a bala, pullu adamın mətbuatda nə iti azıb?
Pullu adam biznesmen olar, obyekt sahibi olar. Pullu adamın nəyinə lazımdır ki, 5-10 manatdan ötrü bütün günü kompüterin qabağında əyləşə, bədəni qulunc ola, qozbelləşə, yazı yazmaqdan barmaqlarını qabar edə, gözlərinin qarasını ağarda, beynini şişirdə, işdən evə qayıdanda onun bərəlmiş gözlərini, solmuş, qaçmış bənizini, yırğalanan bədənini və başını görənlər onu narkomana, dəliyə bənzədə.
Baləmi soruşdu ki, bəs sıravi jurnalistlər toylara, şənliklərə, restoranlarda yeyib-içməyə getmirlərmi, xarici ölkələrə səyahət etmirlərmi?
Bu sualı eşidəndə sanki əl-ayağım boşaldı, boğazım düyümləndi, beynim durdu, handan-hana dərindən ah çəkib udquna-udquna dedim ki, ay qadan alım, ay başına dönüm, Azərbaycanda jurnalistika bu peşəni seçən vicdanlı şəxsləri ac qoyan sənətdir. Quruca maaşın, qəpik-quruşun ümidinə qalmış və aylıq maaşı 40-50 gündən bir alan, kirayələrdə ömürlərini çürüdən, həyatlarını puç edən, övladlarının üzünə dik və şax baxmağa utanan jurnalist toya dəvət dəvət olunanda onun bir gözü ağlayır, bir gözü gülür. Qohum-əqrəbadan, dost-tanışdan, qonum-qonşudan borc pul götürüb toya gedən jurnalist sanki tikan üstündə oturur, toy şənliyi bitənə kimi borcu necə qaytaracağını fikirləşdiyindən boğazından bir tikə keçmir, bir içimlik su içə bilmir. Sonra da deyirlər ki, ay jurnalist, pozitiv ol, neqativ şeylər yazma…
Elə bu dəmdə Allah üzümə baxdı, bəxtim üzümə güldü, mobil telefonuma zəng gəldi, zəng edən müdirim vacib işlə bağlı məni idarəyə çağırdı, evdən təcili çıxdım. Bununla da Baləminin yaralarımın qaysağını qopardan, ürəyimi ağrıdan suallarından yayınmağa müyəssər oldum…
Bir neçə saatdan sonra evə qayıdanda Baləmi əlindəki kağızı mənə uzadaraq dedi ki, əmi, rəhmətlik Səməd Vurğun babama nəzirə yazmışam, oxu.
Kağızda yazılmışdı:
“Gərək ac qalmasın media əhli,
Jurnalist tox olarsa, basılmaz Vətən”…
MİA.AZ
Cəbrayıl şəhərinə növbəti köç olub
"Beşiktaş" Lukas Vazkes ilə maraqlanır
İtaliya Liqasının qol kralı Ərəbistan liqasına transfer olub
"Beşiktaş"ın futbolçusu Elan Rikardo ilə maraqlanan komandalar var
"Rizespor" yarımmüdafiəçi transfer edib
İtaliyadan Semih Kılıçsoya maraq var
İlham Əliyev Donald Trampın paylaşımına reaksiya verdi: "Həm qlobal, həm də regionumuzda..."
Prezident İlham Əliyev sərəncam imzalayıb - 2,1 milyon manat ayrıldı
"Fatih Karagümrük" hücumçu transfer edib
"Keçiörengücü" müdafiəçi transfer edib
MDB oyunları ilə bağlı nə baş verir? - Tədbirə dair internet resurslara giriş yoxdur
Tbilisidə Azərbayacana torpaq sahəsi verilib - 49 illiyə
Fatih Təkkə: "Kim gəlirsə gəlsin, biz onunla mübarizəyə hazırıq"
Sabah hava necə olacaq? - Proqnoz
Henri Onyekuru "Gençlerbirliği" ilə anlaşıb
"Kocaelispor" iki futbolçusu ilə yollarını ayırıb
"Erzurumspor" müdafiəçi ilə anlaşıb
"Trabzonspor" anlaşdığı oyunçunun transferini ləğv edib
Azercell Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir!
İstanbulda İŞİD-ə kuryerlik edənlər tutulub
"Fənərbağça" Hakan Çalhanoğlu ilə anlaşdı - İli 8 milyon avroya
Kamerunlu futbolçu 82 milyon avroya "Mançester Yunayted"də: "Xəyalımdakı komandaya gəldim"
Generalların saxlanıldığı həbsxanaya rəis təyin edilib
Qəzzada məcburi köçkün çadırları vurulub - 14 ölüb
Rezidenturaya qəbul imtahanı üçün qeydiyyat başlayıb
TRAMP TEHRANI YENƏ HƏDƏLƏDİ: “Lazım gəlsə, nüvə obyektlərinə yenidən zərbələr endirəcəyik"
Kibercinayətkarlıqla mübarizə: 179 şübhəli saxlanılıb
Azərbaycan nefti bir dollar ucuzlaşdı
Jurnalist tox olarsa, basılmaz Vətən… - Təbriz VƏFALI YAZIR
Nəsimi rayonunda "Mətbuatımızın təşəkkülü və tarixi missiyası" adlı tədbir keçirilib - FOTOLAR
İstanbulda daha 8 bələdiyyə işçisi saxlanılıb
Milli mətbuatın yaranmasından 150 il ötür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb - 27 yaralı var
Rusiyada 100-dən çox uçuş ləğv edilib - 200-dən çox reys isə...
“Nar” Daşkəsən festivalında iştirak edib
Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib
Hikmət Hacıyevin adından saxta açıqlama yayılıb - Xəbərdarlıq
PREZİDENT ONLARI TƏLTİF ELƏDİ - TAM SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı