SURİYA QAN GÖLÜNƏ ÇEVRİLİR: əşirətlər and içdi, dörd bir yandakı 50 min silahlı 150 minlik bölgəyə yol aldı - Hökumət qüvvələri isə... (FOTOLAR)
18-07-2025 [11:46]
Suriyanın İsrailin hərbi dəstək verdiyi 150 min druzlu əsilli insanların yaşadığı Sveyda bölgəsindəki savaş dünyanın diqqət mərkəzindədir. İyulun 13-də burada druzilərlə ərəblər arasında başlayan daxili toqquşmaya İsrailin də daxil olması və bundan sonra Suriya prezidentinin oturduğu Prezident sarayının bombalanması Yaxın Şərqdə növbəti münaqişə ocağını alovlandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gecə druzilərin bədəvi ərəblərin yaşadğı kəndlərə hücum edəərk, onları öldürməsi, bir çoxunun isə qorxularından evlərini ataraq qaçmasından sonra bölgədəki ərəb əşirətləri toplanaraq səhərə yaxın əks hücuma keçiblər.
İlkin məlumata görə, ərəblər druzilərin ələ keçirdiyi 8 kəndi geri qaytarsa da, İsrailin hava hücumundan sonra irəliləyə bilməyiblər.
Bu arada isə ölkə başçısı Ahmet Şaraanın paytaxtı tərk edəərk naməlum istiqamətə getməsi haqqında yayılan xəbərdən sonra durum daha da kritikləşib.

Suriya mediası yazır ki, druzilərin son hücumu, İsrailin isə hava dəstəyindən sonra ölkənin hər yerində qisas alacaqlarına and içən ərəb qəbilələri silahlanmağa qərar evriblər.
Məlumata görə, təxminən 50.000-dən çox ərəb silahlanaraq 150 min əhalisi olan druzilərin kompakt yaşadığı Sveydaya doğru yol alıblar.
Səudiyyə Ərəbistanında yerləşən ərəbdilli “Al Hadath” nəşr yazıb ki, bütün ərəb əşirətləri əlaqəyə keçərək ölkəboyu səfərbərlik ediblər: "Suriyalı ərəb əşirətləri bədəvilərə hücumlardan sonra ümumi səfərbərlik elan ediblər. Çox qısa zamanda druzilərin olduğu Sveydaya Suriyanın şərqi, Hələb və onun ətraf kəndlərindən 50 mindən çox döyüşçünün yetişəcəyi gözlənilir".
Sosial şəbəkələrdə yayılan görüntülərdə isə artıq bir çox əşirət döyüşçülərinin Sveydada döyüşlərə qatıldığı görünür.
Suriya mediası foto paylaşaraq yazır ki, Bədəvi Ərəb Şurası baş verənlərlə bağlı təcili toplanaraq and içiblər:

ANDİÇMƏ MƏRASİMİ
"Onlar and içiblər ki, bütün Sveyda azad olunana qədər bir fincan ərəb qəhvəsi içməyəcəklər. Bu anddan bir neçə saat sonra əşirət döyüşçüləri Süveydanın qərb çölünü ələ keçirərək şəhərin girişində mövqe tutublar".
"Əl-Cəzirə" telekanalının məlumatına görə isə ərəb döyüşüləri yenidən Sveydanın mərkəzinə daxil olublar.

Suriya Daxili İşlər Nazirliyindən isə bildirilib ki, Suriya təhlükəsizlik qüvvələri druzi və bədəvilər arasında toqquşmaları yatırmaq üçün əsasən druzların yaşadığı Sveyda şəhərinə yenidən yerləşməyə hazırlaşır.
Tahir Şəlvəli
MİA.AZ

"Liverpul"da baş məşqçi ilə hücumçu arasında gərginlik böyüyür - Salah heyətə daxil edilməyib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə və Macarıstan arasında 16 müqavilə imzalandı
Azərbaycan və Slovakiya prezidentləri görüşdü, mühüm mesajlar verildi - FOTOLAR (Yenilənib)
Prezident Bratislavada Devin qəsrində olub - FOTO
İsrail Qəzzanı yenidən vurub - Ölənlər var
Macarıstan Baş naziri: "Türklər bizim kimidir, bilirlər ki..."
İlham Əliyev Slovakiyada - FOTOLAR (Yenilənib)
Çempionlar Liqası: "Qalatasaray" "Monoka" ilə "döyüş"ə gedib
Prokurorluqdan əməliyyat - DSX-nin kapitanı həbs edildi
Dövlət qulluğu ilə bağlı yeni əmr imzalanıb
Baş nazir daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Çempionlar Liqası: hansı oyun hansı kanalda? - SİYAHI
Əli Əsədov onlara vəzifə verdi - Dəyişiklik
Müğənni Dəniz Əsədovanın məhkəməsi başlayır - DETALLAR
"Samsunspor"un oyunçusunun maşını belə yandı - FOTOLAR
Sumqayıtda kirayə məznillər satışa çıxdı - Aylıq 347 manatdan
Federasiya prezidenti tutuldu - 4 milyonluq qalmaqal + TƏFƏRRÜAT
Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!
Türkiyə futbolunda qumar: 37 şübhəli məhkəməyə sövq edldi
"Fənərbağça"da daha bir oyunçu heyətdən kənarlaşdırılıb
Antaliyada ard-arda zəlzələ - Professordan xəbərdarlıq
Türkiyədə daha bir zəlzələ olub - 4.9 bal gücündə
Venesuela 400 mindən çox canlı qüvvəylə ABŞ-ın hücumuna hazırlaşır - Daha 5600 yeni əsgər and içdi
NAZİRLƏR BİR ARADA: "Biz də İlham Əliyevi İranda səbirsizliklə gözləyirik" - "3+3" formatı regionda sülh üçün mühüm rol oynayır"
Zelenski planı necə oxumaya bilər? - Elxan ŞAHİNOĞLU YAZIR
Ceyhun Bayramov İran XİN başçısı ilə görüşüb - Açıqlama + FOTO
Sabah hava necə olacaq? - Açıqlama
"İndi həmin binanın birinci mərtəbəsi restorandır..." - Yazıçı Anar Zərdabinin heykəlinin yerinin dəyşilməsini istəyir
Prezident baş icraçı direktoru qəbul edib
Bərdədə 4 nəfər qidadan zəhərlənib
İranın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb - FOTO
Bakıda yeniyetmələr tutulub