Rəqsanə: "Dedi: "Otur burada, evinin qadını, balalarının anası ol" - "Mənim borclarımı bağladı, mənə ev və maşın aldı"

img

18-07-2025 [10:52]


Müğənni Rəqsanə İsmayılova növbəti dəfə həyat yoldaşı Fazil Əmiraslanovla bağlı açıqlama verib.

O bildirib ki, Fazil müəllim onu bütün problemlərin içindən çəkib, çıxardıb: “Mən evli kişi ilə ailə qurmamışam. Mən gələndə Fazil müəllimin boşanma prosesi artıq gedirdi. O, rus xanımla evli idi və iki övladı var idi. Biz isə rəsmi kəbin və nikahla ailə qurmuşuq. Fazil müəllim mənim həyatımı dəyişdi. Məni bütün problemlərin içindən çəkib çıxartdı. Dedi: "Otur burada, evinin qadını, balalarının anası ol". Borclarımı bağladı, mənə ev və maşın aldı. Qısacası, bir kişi olaraq mənə sahib çıxdı”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA