Trampın səhhətində problem yaranıb - Xroniki venoz çatışmazlığı diaqnozu nədir? (FOTO)

img

18-07-2025 [10:00]


Ayaqları şişən ABŞ prezidenti Donald Trampa xroniki venoz çatışmazlığı diaqnozu qoyulub. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Ağ Ev müayinələrin nəticəsini açıqlayıb.

Bildirlib ki, Tramp ayaqlarındakı şişlikdən sonra müayinə edilib və həkimlər bu diaqnozu qoyublar.

Məlumatda deyilir kii, xroniki venoz çatışmazlığı zamanı ayaqlardakı damarlar qanı ürəyə adekvat şəkildə ötürə bilmir: "Bu isə şişlik, ağrı, varikoz damarları və daha ağır hallarda isə topuq və ayaqlarda açıq yaralara səbəb ola bilər".

Mütəxəssislər Trampla bağlı rəyində isə bildirir ki, ürək çatışmazlığı, böyrək xəstəliyi, damar tıxanması kimi simptomlara səbəb ola biləcək ciddi vəziyyətlər yoxdur: "Xəstəliyin yaranma səbəbləri arasında uzun müddət oturaq həyat və ya ayaq üstə durma, damar klapanlarının zədələnməsi, artıq çəki və yaşlanma göstərilir"

O da qeyd edilib ki, Trampın 78 yaşı və artıq çəkisi xəstəlik üçün risk faktoru sayılır: "Müalicə əsasən ayaqları tez-tez qaldırmağı, müntəzəm məşq etməyi və çəkiyə nəzarət etməyi tövsiyə edir. Bununla xəstəliklə baş gəlmək mümkündür...".

Lamiyə ƏHMƏDLİ
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR