Zəfərimiz - Heydər Əliyev ideyalarının təntənəsidir
17-07-2025 [14:44]
Lena Əzizova,
Yasamal rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi
***
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi illər xalqımızın və dövlətimizin tarixinə qızıl hərflərlə həkk olunmuş bir dövrdür.
Ulu Öndərin ideyaları əsasında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə mühüm nailiyyətlər qazanılmış, Azərbaycanın iqtisadi və siyasi imkanları genişlənmiş, qlobal arenada mövqeyi daha da möhkəmlənmişdir. Heydər Əliyevin sosial-iqtisadi tərəqqiyə, ölkəmizin hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə, milli həmrəyliyin möhkəmlənməsinə yönəldilmiş uzaqgörən siyasəti Azərbaycanın haqq işinin Zəfərlə yekunlaşmasında – tarixi ədalətin bərpasında həlledici rol oynamışdır. Ümummilli Lider Heydər Əliyevin ideyalarının təntənəsinin təzahürü olan müasir, qalib və qüdrətli Azərbaycan şanlı Zəfərdən yeni zirvələrə doğru inamla irəliləməkdədir. Ulu Öndərin dahiyanə söylədiyi “Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamının təsdiqi olaraq bu gün məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində müasir, müstəqil, suveren Azərbaycan qurulmuşdur. Artıq Azərbaycan dünyada inkişaf diyarı, multikultural dəyərlərin və tolerantlıq mühitinin hökm sürdüyü beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib və qüdrətli dövlət kimi tanınır.
Azərbaycanın gücünü müəyyən edən əsas strateji amil Prezident İlham Əliyevin tarixi ənənələri, milli dəyərləri, əxlaqi-mənəvi normaları daim üstün tutaraq, dahi şəxsiyyət Heydər Əliyevin zəngin irsindən bəhrələnərək onun siyasətini keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirməsidir. Tarix təsdiqləyir ki, Azərbaycanda Heydər Əliyev siyasətinə, Heydər Əliyev yoluna alternativ yoxdur. Bu yol yalnız müstəqillik illərimizin deyil, hələ Sovetlər dönəmində, 1969-cu ildən başlayaraq qət edilən şərəfli yoldur. Ulu Öndər Heydər Əliyevin xalqın iradəsi ilə hakimiyyətə qayıdışı Azərbaycan xalqının XX əsrdə ikinci dəfə əldə etdiyi tarixi imkandan faydalanaraq müstəqil dövlətçilik arzusunu əbədi reallaşdırmasını təmin etdi. 1993-2003-cü illər ərzində Heydər Əliyevin dövlətçilik doktrinası əsasında quruculuq strategiyası uğurla həyata keçirildi və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında keyfiyyətcə yeni səviyyədə davam etdirilməkdədir. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik.
Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan, həm də gələcəyə doğru uğurla aparan şəxsiyyət idi. Heydər Əliyev hələ 1969-cu ildə ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişi zamanı ölkəmizin müstəqilliyini öncədən görürdü və onun siyasəti məhz bu istiqamətə yönəlmişdi. Ölkəmizin iqtisadi qüdrətinin artırılmasını, hərbi hazırlığa böyük önəm verilməsini, bu məqsədlə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını və yerli hərbi kadrların yetişdirilməsi məsələsinə ayrılan diqqəti xüsusi qeyd etmək lazımdır. Ulu Öndərin bu uzaqgörənliyi sayəsində Azərbaycan ordusu məhz bu gün dünyada qalib dövlətin ordusu kimi tanınır.
O, bütün ömrünü Azərbaycana, Azərbaycan xalqına həsr edib. Bütün bunlar gənc nəsil üçün həm dövlətçilik ənənələrini dərk etmək, həm də üzərlərinə düşən məsuliyyəti anlamaq baxımından bir nümunədir. Dəmir yumruq əməliyyatı ilə torpaqlarımızın işğaldan azad olunması xalqımızın milli birlik nümunəsidir, Heydər Əliyevin arzusunun reallıqda təsdiqidir. 44 gündə Azərbaycan bütün dünyaya hərbi gücünü və milli gücünü göstərərək,dünyada qalib ölkə kimi tanındı. Bu, Heydər Əliyev siyasətinin bəhrəsidir. Heydər Əliyev bildirirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, daimi, əbədi olması bundan da çətindir. Ərazi bütövlüyümüzün təmin olunması, işğala son qoyularaq azad edilmiş torpaqlarımızın cənnətə çevrilməsi üçün görülən işlər Heydər Əliyev siyasətinin təntənəsidir.
Heydər Əliyev Azərbaycanın xilaskarı, memarı və qurucusudur. Heydər Əliyev dünənimizdə, bu günümüzdə, sabahımızdadır. Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində misilsiz rolu olan, xalqımızın milli qürur mənbəyinə çevrilən bir liderdir. Bu gün Azərbaycan Ulu Öndərin böyük uzaqgörənliklə istiqamətləndirdiyi və mayak kimi işıqlandırdığı yolla gələcəyə inamlı addımlarla irəliləyir. Heydər Əliyevin zaman baxımından reallaşdıra bilmədiyi bircə arzusu qalmışdı. O, Azərbaycanı bütöv, Qarabağı azad görmək istəyirdi. Ulu Öndər bu arzusunun reallaşmasını da daim arxalandığı xalqının dəstəyi ilə özü qədər inandığı İlham Əliyevə vəsiyyət etdi. Bu böyük məsələnin çözümü də böyük müdriklik, böyük uzaqgörənlik, böyük əzm və qətiyyət tələb edirdi.
Nəyi, nə vaxt və necə edəcəyini yaxşı bilən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin sentyabrında bir çağırışı ilə bütün xalqı və ordunu ayağa qaldırdı. Rəhbər-xalq-ordu birliyi cəmi 44 gün ərzində böyük Zəfərə imza atdı, 30 ilə yaxın işğalda qalan torpaqlarımızı düşməndən azad etdi. Bu Zəfərlə yalnız 30 ilin deyil, əsrlərin qisası alındı.
Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da güclənir, döyüş qabiliyyətini artırır. Vətənə, xalqa və dövlətə sədaqət andını, ata vəsiyyətini şərəflə yerinə yetirən, sözü imzası qədər dəyərli olan Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımızın rifahının daha da yüksəldilməsinə yönəlmiş siyasəti ilə Azərbaycana hələ böyük uğurlar, yeni zəfərlər, zirvələr bəxş edəcəkdir. Bundan sonra da qazanılacaq bütün nailiyyət və qələbələr Heydər Əliyev siyasətinin dönməzliyinin, əbədiliyinin təsdiqi, cənab İlham Əliyevin Zəfər yürüşünün davamı olacaqdır.
MİA.AZ
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var
NATO ölkəsi ABŞ-a meydan oxudu - "Bunu ilk dəfə söyləyirəm: iPhone kimi, F-35-lərin də proqram təminatını sındırarıq"
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI: O tarixi imtahandan keçə bilmədi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərkəz rəhbəri, yoxsa tender kralı? - Səhiyyədəki əməliyyatlarla bağlı şok iddialar
Belqradda Prezidentlərin şam yeməyində “Ay Laçın” ifa olundu - VİDEO
Əliyev Serbiyada - Prezidentlər görüşüb, birgə açıqlamalar verilib (VİDEO, FOTOLAR) - Yenilənib
“Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz?" - Mehriban Əliyeva Meydan TV-nin sahibinə elə cavab verdi ki... (VİDEO) - YENİLƏNİB
"Sanki alçalaraq pul istəyirik" - Çingiz Abdullayev
"Forza Neftçi" Yevlax stadionunda "günəşlənir" - "Neftçi" "Kəpəz"i çətin vəziyyətə salıb (Yenilənib)
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib
Sabahın hava proqnozu açıqlandı
Liseydə güllələnən müəllimədən xəbər var
İlham Əliyev Münxendəki görüşləriylə bağlı paylaşım etdi - FOTO
"Əminağa Sadıqov rektor ola bilmirsə..." - Professor elmi dərəcəsi saxta çıxan rektor əvəzi barədə yeni iddialar yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" səfərdə "Trabzonspor"a qalib gəldi
İlham Əliyev Münxendə panel iclasda - SUAL-CAVABIN TAM MƏTNİ + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Prezident erməninin sualına belə cavab verdi: "Bayden kimi prezident gəlsə, o sizin..." - VİDEO
KOMİTƏ SƏDRİ AZAL-ı TOPA TUTDU: "Heston Airlines"dən icarəyə götürülən təyyarələr, dövlət dilinin kobud pozuntusu..."
Antinhisar Agentliyi ADSEA-da dəhşətli faktlar aşkarladı - "Qudalar Agentliyi"ndəki qanunsuzluqlara dair İŞ AÇILDI
Azərbaycan və Ukrayna prezidentləri görüşdü - Münxendə + FOTOLAR
"Azərişıq"la bağlı araşdırma başlayıb