Suriya BMT-yə üz tutub - İsrailin hücumu ilə bağlı

img

16-07-2025 [22:46]


Suriya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) müraciət edib.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, müraciətdə BMT Təhlükəsizlik Şurası İsrailin hücumlarına görə məsuliyyətli davranmağa və bunun qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırılıb.

Suriya Xarici İşlər Nazirliyi İsrailin paytaxt Dəməşq və Sveyda əyalətində dövlət qurumları və mülki obyektləri bombalamasnın heç bir əndazəyə sığmadığını bəyan edib və İsraili Suriyada xaos yaratmaq məqsədi güddüyünü bildirb: "İsrailin əndazəni aşan hücumu BMT Nizamnaməsi və beynəlxalq humanitar hüququn açıq pozulmasıdır"

Xatırladaq ki, İsrail bu gün Suriya Baş qərargahdan sonra Ahmet Şaraanın oturduğu Prezident Sarayını da bombalayıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR