Deputatın qardaşı oğluna ömürlük cəza

img

22-08-2014 [15:37]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "1001 gecə” restoranda qətl hadisəsi törətməkdə təqsirli bilinən, deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun işi üzrə növbəti məhkəmə iclası keçirilib.

R.Mirələmovun vəkili Kamandar Nəsibov İnterpress.az-a bildirib ki, prokuror təqsirləndirilən şəxsə ömürlük cəza istəyib:” Prokurorun çıxışı heç nə ilə əsaslandırılmadı. Sanki bu ailə ilə şəxsi qərəzlik var. Ona görə də Rəşad Mirələmova belə ağır cəza tələb edildi”.

Qeyd edək ki, R.Mirələmov Ramal Bayramovu qəsdən öldürüb, Səməd Mənsimov və qeyrilərinin qəsdən öldürülməsinə cəhddə ittiham edilir. Onun əvvəl törətdiyi cinayətə görə cəzasının çəkilməmiş qalan 8 ili də indiki cəzasına əlavə olunaraq ömürlük cəza tələb edilib.

Müdafiə tərəfinin çıxışı sentyabrın 2-də keçiriləcək məhkəmə iclasında olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA