Səfir: "FETÖ tamamilə məhv edilənədək Türkiyə mübarizəyə davam edəcək"

img

15-07-2025 [11:27]


15 İyul - Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda "15 İyul - Demokratiya və Milli Birlik Günü"nün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.

Onun sözlərinə görə, bu xain hücumun dəf edilməsində ən böyük pay dövləti və milləti üçün canını qurban verməyə hazır olan Türkiyə xalqıdır: "Zəfərin adı Türkiyədir. Can Azərbaycanın güclü dəstəyini də xatırlatmaq istəyirəm".

Səfir qeyd edib ki, 9 il ərzində Türkiyə FETÖ ilə mübarizə aparıb: "Bu terror təşkilatı tamamilə məhv edilənədək mübarizəyə davam edəcəyik"./Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA