Sumqayıt polisi əhalidən kömək istədi

img

22-08-2014 [14:27]


Azərbaycanda iki aylıq körpənin oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib. Məlumata görə, cinayət işi fakta görə Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə başlanıb, istintaq tədbirləri davam etdirilir. Polisdən, həmçinin bildirilib ki, hələlik uşağı oğurlayan qadının şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Həmin qadının tapılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Uşağın valideynləri körpəni oğurlayan qadın haqqında məlumatı olan və bu barədə polisə məlumat verən şəxslərə yüksək məbləğdə pul mükafatı vəd ediblər. Uşağı və ya qadını görənlərdən Sumqayıt Şəhər Polis İdarəsinin (018) 654-02-02 və ya (070) 510-22-50 nömrələrinə məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi qorunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA