CHP-li bələdiyyə sədrlərinə qarşı əməliyyat genişlənir - İstanbulda daha bir sədr "nişangah"a gəldi

img

10-07-2025 [08:46]


Əkrəm İmamoğlunun həbsindən sonra İstanbul və bəzi böyük şəhərlərdə CHP-lilərin üstün olduğu bələdiyyələrdə həbs əməliyyatlarına ara verilmir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün səhərə yaxın İstanbulun Şile rayon bələdiyyəsinə qarşı korrupsiya ittihamı ilə əməliyyatın düyməsi basılıb.

Məlumata görə, artıq bələdiyyə sədri Özgür Kabadayı və bir neçə bələdiyyə işçisi saxlanılıb: "Əməliyyat saxlanılanların həm evində, həm də bələdyyədə axtarışla davam edir"

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR