Premyer Liqada “Misli” müəmması bitdi - Mərc oyun sahibləri niyə sponsorluqdan geri çəkilib?
07-07-2025 [21:53]
Futbol üzrə Premyer Liqanın 2025-2026-cı il üçün yeni mövsümü başlayır.
Mia.az xəbər verir ki, hazırda Premyer Liqa komandalarının bəzisi tətildədi, bir neçə komanda isə Avroliqa oyunlarına hazırlaşır. Komandalar həmçinin növbəti mövsüm üçün hazırlıq görür.
Yeri gəlmişkən, bu ildən premyer liqada 12 komanda mübarizə aparacaq.
Bu arada Premyer Liqanın püşkatma mərasimi ilə bağlı məlumat yayılıb. Azərbaycan Reşəkar Futbol Liqası (PFL) bildirir ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Mərasim 18 iyul tarixində "Alov qüllələri" kompleksində baş tutacaq.
PFL onu da bildirir ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.
Yeri gəlmişkən, PFL-in məlumatındakı maraqlı bir nüans diqqətimizdən qaçmadı və bu xəbərin üzərində kiçik bir gəzişmə elədik.
Məsələ ondadı ki, bu mövsüm Premyer Liqa “Misli”nin çətiri altında deyil.
Maraqlıdı, niyə?
Yadınıza salım ki, bundan əvvəlki mövsümlərdə Premyer Liqanın baş sponsoru “Misli”-“Azərlotoreya” cütlüyü olub və Premyer Liqa oyunları onların çətiri altında həyata keçirilib.
“Misli”nin oyunlarda çox havalı və dəbdəbəli reklamı olub. Hərçənd, bu qurumun AFFA-ya sponsor olaraq dəstəyi elə də möhtəşəm deyil. Məsələn, bu ilin aprelində AFFA-nın hesabat yığıncağnda məlum oldu ki, “Misli”dən AFFA büdcəsinə edilən yardımın həcmi cəmi 118 min manatdı. Bu rəqəm Azərbaycan futbolunun baş sponsoru SOCAR-ın ayrdığı vəsaitin yanında heç nədi. Yaxud siyahı üzrə ikinci böyük sponsor olan “Azərmaş” ASC-yə çatmaz “Misli”nin verdiyi pul. Çünki “Azərmaş” ASC AFFA-ya nə az, nə çox, düz 5 milyon 723 min manat pul ayırıb keçən il. Özü də “Azərmaş” dövlətin dəstəklədiyi qurumdu.
Hesabatdakı rəqəmlərdən yadımda qalan odu ki, AFFA-ya keçən il "Bank Respublika" 2 milyon manat, AZAL 88 min 500 manat, “Xırdalan Pivə”si isə 59 min manat pul köçürüb.
Bu rəqəmlərə baxandan sonra təbii ki, ağlı başında olan sual edər ki, əgər AFFA-nın ən böyük sponsoru “Azərmaş”dısa, onda “Misli” niyə Premyer Liqada özünü dartıb yekəxana reklam edir? “Misli”nin futbolun reklamından qazandığı milyonların yanında sponsor olaraq ayırdığı pul rəmzi vəsaitə oxşamırmı, sizcə? Yaxud nə bilim, bəlkə başqa hansısa məsələlər də var ortada.
Uzun sözün qısası, hazırda görünən odu ki, bu mövsüm üçün Premyer Liqa “Misli”nin reklamı ilə gözümüzə girməyəcək.
Görəsən, nə oldu, “Misli” ilə müqavilə bitdimi?
Yaxud AFFA ilə arası dəydimi mərc oyun sahiblərinin?
Yoxsa sadəcə, texniki səhvmi baş verib?
Allahdan xeyirlisi!
Zülfiyyə Mustafayeva
MİA.AZ
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi təşəkkür jesti edilib
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Mərkəzi Bankın valyuta ehtiyatı 2.5 milyard artdı - Bir həftə içində rekord yeniləndi
Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə
"Oğlum dedi ki, ata, məni öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa" - Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Deputat: "Camaat neyləməlidir, donmalıdır?" - VİDEO
Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
AYNA-nın aynada görünən tenderləri - SİYAHI VƏ...
İcra başçısı biznesmen-məmuru özünə müavin götürdü
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”
İcra başçısının müavinindən sonra qızı da vəzifədən çıxarıldı
"Beşiktaş" Amir Murillonu heyətinə qatır
Rusiya Kiyev və Xarkova ağır zərbələr endirib - Açıqlamalar
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var"
Daha bir azərbaycanlı Ukraynada həlak olub
"Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..." - Ceyhun Bayramov
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib
Güclü külək Bakıda bir nəfərin ölümünə səbəb olub
Epşteyn işi və Qərb demokratiyasının iflası.. - TƏHLİL
AZAL-dan şikayət var - 3 kq artıq baqaja görə 70 avro?
İcra başçısının köməkçisi işdən çıxarıldı: Sərxoş halda... - Deputatın köməkçisi isə... + VİDEO, FOTO (YENİƏNİB)
Müğənni: "Qadın gecə saat 3-də evə gəlməz" - "Kişinin qadını, namusu, qeyrəti evdə olar"
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib