Sabirabad sakini Kürdə boğulub

img

05-07-2025 [09:54]


Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfər batıb.

Mia.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışla kənd sakini 2006-cı il təvəllüdlü Məmiyev Eldəniz Sabir oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR