Nazir böyük islahata hazırlaşır: mərkəzlərin əsasnaməsi dəyişir, bir çox şöbə və sektorlar ləğv olunacaq

img

02-07-2025 [11:58]


Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov vəzifəsindən azad edilib.

Mia.az “PostMedia”ya istinadla xəbər verir ki, bu barədə nazir Məcnun Məmmədov əmr imzalayıb.

Nazirin digər  əmri ilə adıçəkilən şöbəyə rəhbərlik İnsan resursları şöbəsinin müdir müavini, Elm və təhsil üzrə sektor müdiri Emin Əliyevə tapşırılıb.

Qeyd edək ki, İlham Süleymanov 2018-ci ildən KTN-də fəaliyyətə başlayıb. O, bundan əvvəl isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsində işləyib. Emin Əliyev isə daha əvvəllər KTN-in tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondunun rəhbəri olub.

Mənbə bildirir ki, nazir Məcnun Məmmədov kadr islahatlarını davam etdirəcək və növbədə Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin Sədri Fuad Sadıqovdur.

Mia.az-ın əldə etdiyi məlumata görə, nazir təkcə nazirlikdəki kadrlarla deyil, nazirliyin tabeliyindəki mərkəzlərdə də böyük dəyişikliyə hazırlaşır: "Çox yaxın müddətdə mərkəzlərin Əsasnamələri dəyişəcək. Yenidən formalaşdırılacaq qurumlarda bir çox şöbə və sektorlar ixtisara salınacaq və ya birləşdiriləcək. Təbii ki, bu da xeyli vəzifəli şəxsin işsiz qalması və ya aşağı vəzifəyə keçirilməsi demək olacaq".

Mia.az-a hansı mərkəzlərdə hansı istiqamətlərdə aparılacaq islahatlarla bağlı məluamt da verilib. Hazırda bunları dəqiqləşdirməyə çalışırıq.

F.ƏHMƏD

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR