İdarə rəisi: "Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb" - İstintaq qrupu yaradılıb

img

02-07-2025 [10:31]


"Ziyəddin Səfərov hadisə günü səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb".

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, iyunun 27-də Azərbaycan vətəndaşlarını Rusiyanın hüquq-mühafizə orqanlarının qətlə yetirməsi faktı ilə bağlı araşadırma başlanılıb:

"İlkin araşdırma zamanı məlum olub ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində azərbaycanlılar saxlanılıb. Həmin vaxt onlara ağır xəsarətlər yetirilib. Ziyəddin Səfərov isə həmin gün səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb".

Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov həmçinin vurğulayıb ki, Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində işgəncəyə məruz qalıb:

"İstintaq zamanı zərərçəkən şəxslərin yaxınları zərərçəkən kimi tanınıb. Saxlanılan şəxslərlə bağlı əməliyyat istintaq hərəkətləri keçirilib. Ziyəddin Səfərov iyunun 27-də yaşadığı evdən çıxarılıb, həmin vaxt onun üzərində xəsarət izi olmayıb. O, evdən çıxarılandan Rusiyanın hüquq-mühafizə orqanlarının işgəncəsinə məruz qalıb"(report).

***

"Baş Prokurorluda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin araşdırılması üçün geniştərkibli istintaq qrupu yaradılıb".

Bunu Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair Baş Prokururluqda keçirilən mətbuat konfransında qurumun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, Rusiyanın əməliyyat-axtarış strukturları ən azı 14 nəfəri saxlayıb və həmin şəxslərdən ikisi istisna olmaqla, 12-si Azərbaycan vətəndaşı olub. Onlardan 7-nə qarşı fiziki zorakılıq tətbiq edilməsi müəyyən olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR